Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-31 13:26:00
Çində təhsil almağın üstünlükləri

Çinin  təhsil səviyyəsi  dünyanın bir çox  ölkəsindən fərqlənir.Çin xarici tələbələrin təhsil alması üçün məşhur bir yerə çevrilib. Hər il  300 mindən çox xarici tələbəyə ev sahibliyi edən Çin  höküməti  2020-ci ildə  bu sayını  500 minə qaldıraraq Amerikadan  sonra dünyanın ən böyük  əcnəbi tələbə qəbul edən ölkəsi olmaq istəyir.Çin hökuməti 277 qurumda 40 mindən çox təqaüd də daxil olmaqla, beynəlxalq tələbələri cəlb etmək üçün geniş imkanlar təklif edir. İlk Çin universitetinin əsası e.ə. 124-cü ildə qoyulub. Çin Xalq Respublikasının 5 Universiteti dünyanın 100 aparıcı ali məktəbinin sırasına daxil olub.

AzEdu.az Çində təhsil almağın üstünlüklərini təqdim edir:

Çində ingilis dilində təhsil ala bilərsiniz. Ölkə universitetlərində hər il ingilis dilində fakültələrin sayı artır. Burada gündəlik xərclər kifayət qədər aşağıdır, bu da sizə digər xidmətlərdən yararlanmaq imkanı verir.

Dövlət xətti ilə ÇXR ali məktəblərinə qəbul olunan tələbələr oxuduğu ixtisasdan asılı  olaraq 1 və ya 2 il müddətində çin dili üzrə hazırlıq kursu keçirlər və nəticədə yeni dil öyrənmiş olursunuz.

Çində olan əksər əcnəbi tələbələr işləyirlər. Lakin  bəzi istisnalar olmaqla, çox vaxt qısa müddət davam edir və ya “birdəfəlik” xarakter daşıyır.  Bir qayda olaraq, tələbələr Çin üçün tipik olan teleseriallarda və reklam roliklərində çəkilməklə pul qazanırlar. Belə hallarda aylıq gəlir bir neçə yüz dollarlarla məhdudlaşır.

Çin dünyanın ən güvənli ölkələrindən biridir. Bu da Çində təhsil almağın avantajları arasındadır. 

Günel Yaşarqızı