Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-30 12:30:00
“MİQ imtahanında abituriyentin belə cavab verə biləcəyi suallar var idi” – Yüksək bal toplayan müəllim  

“8 ildir müəllimlik fəaliyyəti ilə məşğul oluram deyə imtahan mənə çətin gəlmədi.  Binəqədi rayon 314 nömrəli məktəbin müəlliməsiyəm. Həmçinin 4 ildir Hədəf Kurslarında dərs deyirəm. Ona görə fizikada mənim üçün heç bir problem olmadı”.

Bu sözləri AzEdu.az-a açıqlamasında 28 iyulda keçirilən Müəllimlərin işə qəbulu imtahanlarında 59 bal toplayan Gülər Xasıyeva bildirib.

O əlavə edib ki, məntiq fizikayla sıx bağlı olduğundan ondan da hazırlaşmayıb:

“Deyim ki, kurikuluma hazırlaşmışam, xeyr.  Sadəcə seminarlara qulaq asırdım. Bu yolla kurikulumu məntiqi yolla özüm həll etdim. Mənim üçün çətin bir şey deyildi”.

Bildirək ki, Gülər xanım 60 sualdan cəmi birində səhv edib:

“Bir sualda iki variant arasında qalmışdım. Hardasa kurikulumla bağlı sual idi. Digərlərini çox rahatlıqla yazdım.  Kurikulumun çətin olduğunu deyirlər. Mənə görə başa düşən, dərs deyən müəllim üçün  problem deyil. Məntiq rahat idi, ixtisas isə çox rahat idi. Ziddiyyətli, iki variant arasında qalınacaq heç nə yox idi.  Sırf DİM-i əhatə edən, hətta oxuyan abituriyentin belə cavab verə biləcəyi suallar idi”.

Müəllimə deyib ki, yeni başlayan müəllimlər ixtisasdan neçə ildir tədris alırlarsa onu bilməlidirlər. Kurikuluumdan isə mütləq hazırlaşmalıdırlar. Bunun üçün 6 ay yetərlidir. Fizika və məntiqi hazırlaşan, hazırlaşmayan, hamı yaza bilərdi . Hətta yazmalı idi. Başqa variant yox idi”.

Qeyd edək ki, iyulun 28-də fizika və texnologiya üzrə Müəllimlərin işə qəbulu imtahanı keçirilib. İmtahanlarda 2935 nəfər iştirak edib.