Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-03-07 10:07:58
Alimlər kainatın ilk ulduzlarını tapdı - VİDEO

ABŞ-ın Arizona dövlət universiteti və Kolorado universitetinin alimləri ilk dəfə olaraq kainatın ən erkən ulduzlarından gələn siqnaları aşkar edib.

AzEDU.az “Oxu.az”a istinadən xəbər verir ki, söhbət böyük partlayışdan 180 milyon il sonra formalaşmış ulduzlardan gedir.

Kosmosdan daxil olan şüaların intensivliyini ölçməklə, alim qrupu Kainatın yaranmasından qısa müddət sonra forlamaşmış  ulduzları müəyyən edib. İlk ulduzların “ömrünün” çox qısa olduğu bildirilir.

Alimlərin fərziyyəsinə görə, kainatın “ilkinləri” 70 milyon il ərzində mövcud olub. Bu isə astronomik aləmdə elə də yüksək rəqəm sayılmır.

İlk ulduzları yüksək miqdarda olan ultra-bənövşəyi şüular hesabına aşkarlamaq mümkün olub. Bu siqnallar Yerə qədər milyardlarla kilometr qət edənə qədər, ulduz qruplarından, qara dəliklərdən və müxtəlif qalaktikaların ərazisindən keçib.

Bu qədər güclü siqnalın meydana gəlməsini alimlər kainatda misli görülməmiş bir partlayışla əlaqələndirir.