Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-27 14:54:00
Cənubi Koreyanın qeyri-adi  qaydaları – İntihara sürükləyən təhsil sistemi

İqtisadiyyatın sürətli inkişafına görə fərqlənən   Cənubi Koreya  eyni zamanda   dünyanın ən yaxşı təhsil sisteminə malik  ölkələrindən biridir. Ölkədə oxuma-yazma səviyyəsi 92%-dir.

AzEdu.az xarici KİV-lərə istinadən Cənubi Koreya  təhsilini zirvəyə aparan amilləri  təqdim edir:

Qanunvericiliyə əsasən uşaqlar 6 yaşından ibtidai məktəbə gedirlər. Əgər 5 yaşlı uşağın qabiliyyət və bacarıqları onun məktəbə getməsinə imkan verirsə, belə uşaqlar da ibtidai təhsilə cəlb oluna bilərlər. İbtidai təhsil 6 il davam edir. Hər şagird Cənubi Koreyada gün ərzində 14-16 saat məktəbdə olmaq  məcburiyyətindədir. Uşaqlar həm məktəbdə, həm də fərdi formada təhsil alırlar. Təhsil 6-12 yaş arasında məcburi və ödənişsizdir.  Сənubi Koreyada təhsil sistemi 12 illikdir. Burada çətin və ağır təhsil sistemi mövcud olduğundan  uşaqların intihar etmə faizləri yüksəkdir.

Universitetlərin 80%-i özəldir. Təhsil haqları ixtisas və universitetdən asılı olaraq, bakalavr pilləsində 1 illik 2-7 min dollar, magistr pilləsində isə 8400 dollar təşkil edir.

 Orta təhsili bitirən məzunlar həm ali məktəblərə, həm də yeniyetmə kolleclərinə müraciət edə bilərlər. Yeniyetmə kolleclərinə qəbul akademik nailiyyətlərə, elmi nailiyyət imtahanına və əsas qəbul imtahanı balına görə müəyyənləşir.

 Əgər Koreya təhsil müəssisələrində hansısa tələbə qaydaları pozarsa, müəllimlər onu fiziki cəzalandıra bilər. Bu tamamilə qanunidir.

 Günel Yaşarqızı