Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-03-07 07:55:35
Məleykə Abbaszadə Mingəçevirdə şikayətləri dinləyəcək

Mingəçevirdə keçiriləcək qəbulda, Mingəçevir, Naftalan şəhər, Yevlax, Goranboy, Ağdaş rayon sakinləri və bu rayonlarda məskunlaşmış qaçqın və məcburi köçkünlər iştirak edə bilərlər.

AzEDU.az Dövlət İmtahan Mərkəzinə (DİM) istinadən xəbər verir ki, qəbul mart ayının 15-də, saat 12:00-da Mingəçevir şəhəri Heydər Əliyev Mərkəzində keçiriləcəkdir. (Ünvan: Mingəçevir şəhəri, 20 yanvar küçəsi, 172)

Qəbula gəlmək istəyən vətəndaşların Dövlət İmtahan Mərkəzinin internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçmələri (http://eservices.tqdk.gov.az/sedrinqebulu/) və ya DİM-in müvafiq regional bölmələrinə müraciət etmələri xahiş olunur.

Bundan əlavə, Mingəçevir, Naftalan şəhər, Yevlax, Goranboy və Ağdaş rayon Təhsil Şöbələrində 07-14 mart 2018-ci  il tarixlərində (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək qəbula yazılmaq istəyənlərin qeydiyyatı aparılacaq.

Qeyd: Qəbula gələn vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.