Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-26 14:40:00
MİQ-dən yüksək bal toplayan müəllimlər AzEdu.az-a danışdı: “Heç kəsin  suallardan şikayətlənməyə haqqı yoxdur”  

25 iyuldan başlayaraq, Azərbaycan dili və ədəbiyyat üzrə MİQ imthanlarına start verilib. İmtahana ən yüksək nəticə 58 bal qeydə alınıb. 

58 bal toplayan müəllimlərdən biri Nigar  Məhərrəmova AzEdu.az-a  açıqlamasında    imtahanın çox yaxşı  keçdiyini bildirib: 

“Düzü, çox həyəcanlı idim, amma çətini imtahan başlayana qədərdir.   60 bal gözləyirdim,  hələ də bilmirəm ki,  2 sualda nəyi səhv yazmışam. Mənə görə suallar çox  asan  və rahat idi. Amma əksəriyyət suallardan şikayətlənir.  Məncə, buna  haqları yoxdur. Çünki məktəb proqramından  kənar  heç bir sual yox idi”. 

 Digər yüksək nəticə göstərən Təhminə   Ataşlı   da  sualların onun üçün  normal olduğunu bildirib: 

“İmtahanda 56 bal topladım. Açığı,  çox həyəcan keçirdim. Amma sualları gördükdən sonra bu, sona çatdı. Mən ixtisasa aid sualları  maksimum  cavablamaq istəyirdim,  amma alınmadı.  Bir az ona  təəssüfləndim”. 

Qeyd edək ki, MİQ imtahanları  tarix və kimya üzrə 27 iyul, fizika və texnologiya üzrə 28 iyul, biologiya üzrə 30 iyul, fiziki tərbiyə üzrə 30-31 iyul, coğrafiya üzrə 31 iyul tarixlərində test imtahanları keçiriləcək. 

Günel Yaşarqızı