Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-26 12:30:00
İspaniyada oxumaq istəyənlər üçün ən vacib proqram – Bütün qayda və mexanizmlər AzEdu.az-da

DELE (Diplomas de Español como Lengua Extranjera)  ispan dili biliyinizi beynəlxaq səviyyədə sübut edən sertifikatdır. Açılışı - əcnəbilər üçün yetərlilik diplomu deməkdir.

DELE diplomları İspaniya Təhsil və Peşə Təhsili Nazirliyi tərəfindən verilən ispan dili sənədini beynəlxalq aləmdə təsdiqləyən yeganə rəsmi lisenziyadır.

AzEdu.az imtahan səviyyələrini təqdim edir:

DELE A1 Səviyyəsi - Bu diplom namizədin gündəlik konkret ehtiyaclarını təmin edə və çox sadə cümlələri anlaya və istifadə edə bilməsini təsdiqləyir.

İmtahan aşağıda qeyd olunan hissələrdən ibarətdir: Oxuma (45 dəqiqə); yazılı ifadə  (25 dəqiqə); dinləmə (20 dəqiqə).

Sözlü ifadə (monoloq) və şifahi izahat (dialoq) (15 dəqiqə + 15 dəqiqə hazırlıq)

DELE A1 Səviyyəsi ESCOLAR

11-16 yaş qrupu arası ispan şagirdlərinə yönəlib. Bu yaş qrupunda namizədlərin sahə, kontekst, vəziyyət və söz məlumatları nəzərdə tutulur.

İmtahan aşağıda qeyd olunan hissələrdən ibarətdir: Oxuma (45 dəqiqə); dinləmə (20 dəqiqə); yazılı ifadə (25 dəqiqə)

Sözlü ifadə (monoloq) və şifahi izahat (dialoq) (10 dəqiqə + 10 dəqiqə hazırlıq)

DELE A2 Səviyyəsi

Bu səviyyəni uğur ilə bitirən tələbə özü, ailəsi, mübadilə, sevdiyi yerlər və işi haqqında yaradılan əsas cümlələri anlaya bilir. Bu səviyyəni bitirən  tanış olduğu və cavablarını bildiyi gündəlik işlər haqqında vaxtında məlumat verə bilər. Tarixilə bağlı məlumatları və ətrafında yaranan ani ehtiyacları sadə şəkildə yaza bilir.

İmtahan aşağıda qeyd olunan hissələrdən ibarətdir: Oxuma (60 dəqiqə); dinləmə (35 dəqiqə); yazılı ifadə (50 dəqiqə)

Sözlü ifadə (monoloq) və şifahi izahat (dialoq) (15 dəqiqə + 15 dəqiqə hazırlıq)

DELE A2/ B1 Səviyyəsi ESCOLAR

Gündəlik həyatdakı adi vəziyyətləri anlama və ifadə etmədə, arzu və tələblərini uyğun şəkildə bildirə bilənlərə verilən sənəddir. İştirak edən namizədlərin yaş arası  12 və 17 olmalıdır.

İmtahan aşağıda qeyd olunan hissələrdən ibarətdir: Oxuma (50 dəqiqə); dinləmə (30 dəqiqə); yazılı ifadə və izahat (50 dəqiqə)

Sözlü ifadə (monoloq) və şifahi izahat (dialoq) (12 dəqiqə + 12 dəqiqə hazırlıq)

DELE B1 Səviyyəsi

Bu səviyyə istifadəçinin bir səyahətdə qarşısına çıxa biləcək olan vəziyyətlərdən böyük əksəriyyətinə cavab verə biləcək durumda olduğunu göstərir. Eyni zamanda təcrübələri, arzu və istəklərini təsvir edə, qısa şəkildə fikirlərini və ya planlarını ifadə edə bilər.

İmtahan aşağıda qeyd olunan hissələrdən ibarətdir: Oxuma (70 dəqiqə); dinləmə (40 dəqiqə); yazılı ifadə və izahat(60 dəqiqə)

Sözlü ifadə (monoloq) və şifahi ifadə(dialoq) (15 dəqiqə + 15 dəqiqə hazırlıq)

DELE B2 Səviyyəsi

Bu, istifadəçinin ispan dilli şəxslərlə səlis şəkildə danışığını göstərir. Bundan başqa, istər real, istərsə də mücərrəd mahiyyətli, texniki jarqonları, həmçinin ixtisas sahələri daxilindəki mürəkkəb mətnləri, əsas fikirləıri anlaya bilir.

İmtahan aşağıda qeyd olunan hissələrdən ibarətdir: Oxuma (70 dəqiqə); dinləmə (40 dəqiqə); yazılı ifadə (80 dəqiqə)

Sözlü ifadə (monoloq) və şifahi  ifadə (dialoq) (20 dəqiqə + 20 dəqiqə hazırlıq)

DELE C1

Bu səviyyədə sertifikat alan şəxslər özünü məhdudlaşdırmağa ehtiyac duymadan, açıq şəkildə ifadə edə bilirlər. Namizəd geniş bir söz xəzinəsinə malik olmaqla yanaşı, gündəlik məsəl və məzmunlara də hakimdir.

İmtahan aşağıda qeyd olunan hissələrdən ibarətdir:

Oxumaduğunu anlama və istifadəsi (90 dəqiqə)

Dinləmə və istifadəsi (50 dəqiqə)

Dinləmə, yazılı ifadə və oxuma (80 dəqiqə)

Oxuma və şifahi ifadə (20 dəqiqə + 20 dəqiqə hazırlıq)

DELE C2 Səviyyəsi

DELE C2 səviyyəsi, dilin hər cür vəziyyətdə hər hansı bir çətinlik çəkmədən istifadə edildiyini, harmoniya yarada, dilə hakimliyin ən yüksək səviyyədə olduğunu göstərir. Tələbə lazımlı söz xəzinəsindən istifadə edə bilir.

İmtahan aşağıda qeyd olunan hissələrdən ibarətdir:

Danışma, oxuma və dinləmə (105 dəqiqə)

Dinləmə, oxuma, yazılı ifadə (150 dəqiqə)

Sözlü ifadə (monoloq) və şifahi ifadə (dialoq) (20 dəqiqə + 30 dəqiqə hazırlıq)