Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-24 16:26:58
Ucqar kənd müəllimləri bir şəbəkədə birləşəcək - AzEdu.az-dan yeni layihə  


AzEdu.az təhsil portalının məqsədi hər insanı daim izləyən təhsil, elm, maarif  anlayışının bir cəmiyyət daxilində daha da inkişaf etdirilməsi, bu sahədə problem və perspektivlərin üzə çıxarılmasıdır. 

Portal  jurnalistikanın etik və şəffaflıq prinsiplərinə əsaslanaraq, keyfiyyətli informasiya təqdim etmək və Azərbaycan təhsil arenasında ən etibarlı mənbə, bütün sualların cavablarının toplandığı baza olmağı hədəfləyib.

Bu missiya və məqsədimizin həyata keçməsindən ötrü AzEdu.az inkişafa istiqamətlənmiş layihələrini davam etdirir.

Bu dəfə təhsil portal olaraq “Ucqar kənd müəllimləri” şəbəkəsi layihəsinə start veririk.

Layihə vasitəsilə AzEdu.az bölgələrdə çalışan gənc müəllimləri şəbəkə şəklində bir araya gətirəcək.

Layihəni keçirməkdə məqsəd, həmin müəllimlə "təmsilçisi" olduğu bölgənin təhsil problemləri və perspektivini, mediaya çatdırılmalı olan məsələləri aydınlaşdırmaq və bir şəbəkədə birləşməkdir. Bu şəbəkədə birləşərək koordinatorlarla birlikdə bölgə məktəblilərinə müxtəlif mövzularda seminar və təlimlər təşkil ediləcək.

Şəbəkə üzvləri seminar və təlimlər təşkil etdiyimizdə layihənin təmsil etdiyi bölgədəki koordinasiya işlərini yerinə yetirəcək.

Məsələn, Şəkidə müəllim kimi çalışırsınızsa, bizim “ucqar kənd müəllimləri” şəbəkəmizin Şəki “təmsilçisi”  - koordinatoru olursunuz. 

Eyni qayda ilə digər bütün bölgələr bizim “Ucqar kənd müəllimi” şəbəkəsinin bir üzvü olur.

Koordinatorla, həmçinin, müəllimlərin yerdəyişməsi, diaqnostik qiymətləndirmə, məktəbdaxili problemlər, xüsusi istedadlı şagiridlərin təqdimatı və s. digər məsələlər barəsində müzakirələr aparılacaq və informasiya yayımı olacaq.

“Ucqar kənd müəllimləri” şəbəkəsinin ilk üzvləri

Ehtiram Safquliyev – Zaqatala rayonu;

Gülnar İsmayıl – Ağcabədi rayonu;

Posu Mansırlı – Yardımlı rayonu;

Aydın Qədimov –Qusar;

Seymur İbrahimov – Salyan;

Şəbnəm Cəbrayıl- Laçın;

Nərgiz Baxşəliyeva –Qəbələ;

Aysel Səfərzadə - Şəki;

Şahid Muradlı – İsmayıllı;

Araz Vəliyev – Qazax

Tural Topçuyev – Gədəbəy;

Elnarə Qasımova – Ağsu;

Nuray  Mehrəliyeva – Ağdaş;

İnqilab Aslanov – Yardımlı;

Həcər Səmədova – Füzuli.

Qeyd edək ki, siyahıda adı qeyd olunan müəllimlər şəbəkəmizin ilk üzvləridir. Siz də bölgələrdə çalışır və yaradıcı ideyalara sahibsinizsə, şəbəkənin üzvü olmaq üçün 055 379 48 78 nömrəsi ilə əlaqə saxlamanızı xahiş edirik.

Xatırladaq ki, AzEdu.az-ın  layihəsi olan müəllimlər şəbəkəsinə üzv olan müəllim təhsil portalınının “ailə üzvünə” çevrilir. Həmin şəxs, onu təhsildə maraqlandıran istənilən sualı yönəldə, istənilən problem portalda işıqlandıra bilər.

Ətraflı məlumat üçün əlaqə vasitələri:

e-poçt: İ[email protected]
mobil tel. : 055 329 4878
WhatsApp: 055 329 4878
Facebook: https://www.facebook.com/azedu.az/