Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-24 11:21:00
AzEdu.az-ın sorğusunda bu universitetlər arasında gərgin mübarizə - Qalib hansı olacaq?

Azərbaycanda 51 ali təhsil müəssisəsi fəaliyyət göstərir. Bu universitetlərin hər biri tələbələrə müxtəlif istiqamətlər və ixtisaslar üzrə təhsil verir. 2017-ci ilin statistik göstəricilərinə əsasən, ölkəmizdə yerləşən ali məktəblərdə 167.677 nəfər təhsil alır.

AzEdu.az saytının növbəti sorğusu da Azərbaycanda fəaliyyət göstərən universitetlərlə bağlıdır. Sizcə, Azərbaycanda ən yaxşı təhsil verən universitet hansıdır?

Sorğunun bitməsinə son günlər qalıb. Aktiv olaraq yüksək qiymətləndirdiyiniz universiteti qalib edə bilərsiniz.

Bu günə qədərki nəticələrə görə, universitetlərin ilk beşliyini təqdim edirik:

1.ADA
2.UNEC
3.BDU
4.BANM
5.ADPU

Sorğuya qatılmaq istəyən oxuculardan xahiş olunur ki, AzEdu.az saytının əsas səhifəsindəki sağdan aşağıdakı sorğu panelindəki cavablara baxıb, səs versinlər.

Cavablar bunlardır:

1.UNEC

2.ADA Universiteti

3.Bakı Dövlət Universiteti

4.Bakı Ali Neft Məktəbi

5.Azərbaycan Dövlət Neft və Sənaye Universiteti

6.Azərbaycan Tibb Universiteti

7.Azərbaycan Dillər Universiteti

8.Bakı Slavyan Universiteti

9.Azərbaycan Dövlət Pedoqoji Universiteti

10.Azərbaycan Texniki Universiteti

11.Xəzər Universiteti

12.Azərbaycan Respublikası yanında Dövlət İdarəçilik Akademiyası

13.Azərbaycan Memarlıq və İnşaat Universiteti

14.Bakı Mühəndislik Universiteti

15.Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti

Qeyd edək ki, sorğuda qalib gələn ali təhsil müəssisəsi AzEdu.az-ın diplom və rəmzi hədiyyəsi ilə mükafatlandırılacaq.