Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-23 14:27:00
23 namizəd dövlət qulluğu vəzifələrinə uyğun hesab olunub

Vakant inzibati vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün 22 may 2018 ci il tarixində elan edilmiş ümumi müsahibədə iştirak etmək üçün qeydə alınmış namizədlərin müsahibələri başa çatıb.

AzEdu.az xəbər verir ki, 23 namizəd müsahibələrdə uğur qazanaraq iddia etdiyi vakant vəzifəyə uyğun hesab olunub.

11 dövlət orqanında 28 vakant vəzifə üzrə 22 may 2018-ci il tarixdə elan edilmiş ümumi müsahibədə iştirak etmək üçün mürəciət etmiş 61 namizəddən 23-ü müsahibələrdə uğur qazanaraq iddia etdiyi vakant vəzifəyə uyğun biliniblər. Müsahibələr Energetika NazirliyiTəhsil NazirliyiMaliyyə NazirliyiDini Qurumlarla İş üzrə Dövlət KomitəsiƏmlak Məsələləri Dövlət KomitəsiŞirvan Apellyasiya Məhkəməsi, Hesablama Palatası, Lənkəran Ağır Cinayətlər Məhkəməsi üzrə keçirilib.

Dövlət İmtahan Mərkəzinə ən çox vakant vəzifə Energetika Nazirliyi (8) və Maliyyə Nazirliyi (4) tərəfindən təqdim olunub.Təqdim olunan ən yüksək vəzifə Energetika Nazirliyində İnsan resursları və dövlət qulluğu şöbəsində sektor müdiri vəzifəsidir. Ən yüksək müsabiqə vəziyyəti isə Hesablama Palatası (1 vakant vəzifə üzrə 18 müraciət) və Energetika Nazirliyində (1 vakant vəzifə üzrə 18 müraciət) müşahidə edilib.