Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-22 17:18:00
Cümhuriyyət parlamentində ucqar kənd müəllimlərinin  maaş müzakirəsi –“Yenə ac qalacaqlar”

Azedu.az Azərbaycan Cümhuriyyəti  ilə bağlı silsilə yazılarını davam etdirir. Bu istiqamətdə  təbii ki, təhsil, maarif məsələlərinin qabardılmasına daha çox önəm verilir.

Budəfəki  yazıda Cümhuriyyət parlamentində müəllimlərlə bağlı edilən maraqlı müzakirələrdən birini təqdim edəcəyik.

Müxtəlif firqələrə aid deputatlar ibtidai sinif və kənd müəllimlərinin maaş məsələsini müzakirə edirlər:

İbrahim  Əbilov (sosialist) - İbtidai məktəb müəllimlərinə 1200 manat təyin olunubdur. Bizim əqidəmizcə, vaxtın bahalığına görə 1200 manat müəllimlərə kifayət eyləməz. Hamıya məlumdur indiki bahalıqda 1200 manat deyil 3000 manatla da dolanmaq olmaz. Sosialistlər fraksiyası tərəfindən təklif edirəm, müəllimlərə 1200 manat əvəzinə 1500  manat verilsin. Xidmətçilərin də məvacibi azdır. O da artırılmalıdır. O da 600 əvəzinə 900 manat, 700 manat əvəzinə 1000 manat olsun.

Saniyev  (sosialist)  - Burasını artıq danışmaq istəmirəm ki, elm və oxumaq nə qədər yaxşıdır. Burasını isbat etmək artıqdır. Biz öz uşaqlarımızı müəllimlərə tapşırırıq ki, uşaqlarımızı gələcək Vətən üçün hazırlasın, onların təhti nəzarətində adam olsunlar. Məlumdur ki, Nikolay zamanında müəllimlərə 33 manat 33 qəpik məvacib verilirdi. O zamanın başqa politikası, başqa fikri vardı. Bizim fikrimiz isə büsbütün başqadır. Biz görürük ki, yaxşı və qabil müəllimlər öz sənətlərini buraxıb başqa xidmətlərə girirlər. Əgər məvacib yaxşı olsa, o zaman bunun əksi olar, qabil adamlar öz sənətlərini buraxıb müəllimliyə girərdilər. Əbilovun təklif etdiyi 1500 manat da azdır. Məəmafiyə artıq deməyib məndə ona şərik oluram;

Sultan Məcid Qənizadə ("İttihad") - Muxtar Əfəndizadə dediyi qayda ilə kənd müəllimlərini 1500 manat ancaq görər. Bizim fırqə də xahiş edir ki, 1500 manat olsun. Bundan azı o olacaq ki, müəllimlər yenə ac qalacaqlar. Ayn şey göstərməyib təkrar edirəm ki, kəndistanda 1500 manat yavan çörəyə kifayət edə bilər. Çox şöbəli məktəblərdə hər şöbə üçün yüz manat veriləcək. 20 manat məsələsi də azdır. Mən təklif edirəm ki, müəllimlərə ki, 1500 manat veriləcək  20 manat əvəzinə də 50 manat verilsin;

Mehdi bəy Hacıbababəyov (Müsavat) - Mən istəyirəm ki, cənab məbuslara bir balaca istiqamət verəm. Azərbaycan paytaxtında olan müəllimlər haqqında sizə bir qədər məlumat verəm. Bakıda hazırda 43 müsəlman müəllimi var. Bunların ancaq 28 nəfəri köhnə müəllimlərdir. 65 % sensiz student və tələbədir. Bu ondan ötrədir ki, hamı müəllimlər aclıqdan qaçmışlar. Mənim də təklifim budur ki, sosialistlərin təklifi qəbul olunsun, 20 manat əvəzində 50 manat verilsin. Abdulla bəy Əfəndizadə - (Əhrar) Əfəndilər, zənn edirəm, 1200 manat və 1500 manat ilə müəllimlərin maaşı təmin edilsin. Mümkün olarsa, müəllimlərə maddi kömək olunsun. Misal üçün Bakını götürəlim. Təsəvvür edəlim ki, bir müəllimin 5 nəfər uşağı var, bu 5 adam gərək paltar geysin, çəkmə geysin və sair onların ehtiyacları təmin edilsin. Bunlardan sərfı-nəzər edərək labüddən gərək çörək yesin. 5 nəfər adam hərəsi gündə 2 girvənkə çörək sərf edərsə, gündə 10 girvənkədən ayda 300 girvənkə edər...”

Qeyd: bu müzakirələr əslində çox uzanır. Növbəti iclasa baş nazir Nəsib bəy Yusifbəylinin qatılması və məsələyə qətiyyətlə yanaşması müəllimlərin maaşının artmasına səbəb oldu