Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-22 12:40:00
Portretləri ilə bütün dünyanın diqqətini cəlb edən nigeriyalı rəssam - 11 yaşlı məktəbli

Kareem Waris Olamilekan özünü "balaca sənətkar" adlandırmasına baxmayaraq, onun xəyallarını kiçik adlandırmaq mümkün deyil.

AzEdu.az xarici KİV-ə istinadən xəbər verir ki, hələ 11 yaşı olsa da, artıq beynəlxalq arenada diqqəti cəlb etmiş istedadlı Kareemin hədəfi böyükdür: canlı fotoya bənzəyən portretlərini muzey divarılarında görmək.

Kareem, Ayowole İncəsənət Akademiyasında təhsil alır və 6 yaşından etibarən şəkil çəkir. Ailəsinin, dostlarının və müxtəlif obyektlərin realist və hiper-realist rəsmlərini çəkən nigeriyalı sənətkarın bütün əsərlərində yaşına görə çox istedadlı olduğunu göstərən detallar var. Kareem, ilham mənbəyinin ətrafında baş verən hadisələr, xüsusilə də ailəsi olduğunu deyir. "Bir tikə çörək tapmaq üçün ailəlikcə çox çalışmalıyıq. Bu məni ruhlandırır. "

Portretlərinin əksəriyyətini qara qələmlə çəkən “balaca sənətkar”, şəkil çəkmək üçün boya, pastel və hətta diyircəkli qələmdən də istifadə edir.

Kareem özünə iki rəssamı kumer hesab edir: Hiper realist rəsmlərin müəllifi nigeriyalı rəssam Arinze Stanley və Dahi italyan rəssamı Mikelancelo.

Kareemin instagram hesabı: https://www.instagram.com/waspa_art/?hl=en