Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-22 11:09:52
İşıqforlar tarixə qovuşur – Amerikalı alimlərdən MARAQLI SINAQ

Amerikanın Karnegi-Mellon Universitetindən olan tədqiqatçılar qrupu son dərəcə maraqlı bir sınaq keçiriblər.

AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, avtomobillər arasında avtomatik siqnalın köməyi hərəkəti tənzimləyən alimlər dörd yolayrıcından işıqforları götürməyi təklif edirlər.

Sınağın nəticələri son dərəcə effektiv olub. Alimlər öz tədqiqatında avtomobilin bort kompüterinə bərkidilmiş məlumat mübadiləsi sistemindən istifadə ediblər. Sistem GPS-koordinatları, avtomobilin hərəkət sürəti və onun istiqaməti haqqında informasiyanın ötürülməsini həyata keçirir.

Kompüter bütün qonşu avtomobillərdən alınmış informasiyanı təhlil edir və buna əsasən sürücüyə informasiya verir ki, getmək və ya dayanmaq, yaxud da başqa avtomobilə yol vermək daha münasibdir. Sınaq nəticəsində aydın olub ki, yeni sistem vaxta 20 faiz qənaət etməyə imkan verir. Eyni zamanda tıxacları əhəmiyyətli dərəcədə azaltmaq olacaq.

Hazırda sistemdə yalnız bir çatışmazlıq var: o heç vaxt piyadaların yerdəyişmələrini nəzərə ala bilmir. Əlbəttə, onları smartfonda proqramın köməyi ilə bu sistemə daxil etmək olar, ancaq kimdəsə telefon olmaya bilər. Bundan başqa, sistem yalnız düz bucaq altında tikilən dörd yolayrıcında işləyir, başqa konfiqurasiyalar hələ dəstəklənmir.