Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-21 15:50:00
Bu rektorun 13 elmi məqaləsi qanunsuz dərc edilib

Dünya çaplı 400 000 alimin tədqiqatlarının qanunsuz olaraq müəmmalı elmi dərgilərdə yayımlandığı məlum olub. Almaniyadakı universitet və digər ali təhsil müəssisələrində isə bu rəqəmin  5000-dən bir qədər çox olduğu deyilir.

AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, sözü gedən elm dərgiləri dünyanın müxtəlif yerlərindəki alim və şirkətlərlə əlaqə quraraq araşdırmaların öz dərgilərində yayımlamasını təklif ediblər. Bunun üçün alimlərdən müəyyən miqdarda pul alındığı da iddia edilir.

Qanunvericiliyə əssasən isə önəmli tədqiqatlar elmi dərgilərdə yayımlanmazdan öncə onun araşdırma mövzusu, üsulları və istifadə olunan vəsaitlər ekspertlər tərəfindən gözdən keçirilməli, dəyərləndirilməlidir.

Tədqiqatlarını bu tip elmi dərgilərdə yayımlayanlar arasında məşhur alman elm adamlarının da olduğu deyilir. Məsələn, Bremen Universitetinin rektoru  Bernd Scholz-Reiterin müəmmalı dərgilərdə 13 elmi məqaləsini yayımladığı iddia olunur. Alman mətbuatına açıqlama verən rektor isə bu dərgilərin ciddiyyətinə heç bir şübhəsi olmadığını qeyd edib. Hətta dünya mediasında dolaşan məlumatlara görə belə alimlərin arasında bir Nobel mükafatçısı da var.  

Mütəxəssislər bu yollarla yayımlanan, ekspert baxışından keçməyən araşdırmaların dünyaya tanıdılması və önəmli, real tədqiqat kimi təqdim olunmasından narahatdırlar.  Dünya elmində bu kimi hallar az baş verməyib. Bəzi alimlər isə tədqiqatlarının rəsmi elmi dərgilər tərəfindən rədd ediləcəyini düşündüklərinə görə onları o qədər də tanınmayan qeyri-rəsmi dərgilərdə yayımlamaq yolunu seçirlər. Məsələn, iqlim dəyişikliyinə şübhə ilə yanaşan, xərçəng, parkinson kimi xəstəliklərin müalicəsində mübahisəli çarələr tapan tədqiqatçılar əsasən belə yollara üz tuturlar.

Amma sözügedən dərgilərdə yayımlanan önəmli mövzulu araşdırmaların sayında da artım müşahidə edilir. Belə ki, 2013-cü ildən bugünədək dünya elmində öz sözünü demiş alimlərin bu tip dərgilərdə çap etdikləri məqalələrin sayı 3 dəfə artıb.

Digər tərəfdən bu yolla dünya elminə töhfə verdiyini düşünən bəzi araşdırmaçılar həmin elm dərgilərinində yayımın qanunsuzluğumdan xəbərsiz olduqlarını bildiriblər. Onların digər qismi isə elmi işlərini qısa müddətdə dünyaya tanıtmaq üçün bu yolu seçdiklərini qeyd ediblər.

 

 

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları