Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-21 09:28:00
Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün növbəti sınaq imtahanı keçirilir 

DİM-də dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərin müsabiqənin test imtahanı mərhələsinə daha da səmərəli hazırlaşmalarına kömək məqsədilə növbəti sınaq imtahanı keçirir.

AzEdu.az xəbər verir ki, sınaq imtahanı AA, AB, AC, BA, BB qrupları üzrə keçirilir. İmtahan saat 10:00-da başlayacaq.

Namizədlər imtahanı Mərkəzin Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında xüsusi ayrılmış zallarda kompüter vasitəsilə elektron formada verəcəklər. 

Sınaq imtahanında təkrar test tapşırıqlarından istifadə ediləcək.