Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-03-06 07:55:54
“Qızımın 6-cı sinifdə düzəltdiyi cihazı, burada universitet bitirənlər hazırlaya bilməz” - Almaniyadakı azərbaycanlı alim

Almaniyada çalışan azərbaycanlı alim, Braunşvayq Texniki Universitetində Honorar olaraq tələbə və aspirantlar üçün mühazirələr verən, elmi seminarlar təşkil edən mütəxəssis Pərviz Əmiraslanov çağdaş dövrün tələbinə uyğun olaraq, çox vacib bir problem qabardıb. Problemi Azərbaycan elmi və təhsilinin cari durumu ilə də əlaqələndirməyə çalışıb.

AzEDU.az xəbər verir ki, Almaniyada yaşayan həmvətənimiz 64 yaşlı azərbaycanlı alimin ondan elektronika ilə bağlı xahişindən sonra bu problemi – adıçəkilən sahənin ölkəmizdə zəif tədrisini - qabartmağa çalışıb:

“Bu yaxınlarda Azərbaycandan olan  bir müəllim həmkar elektronika ilə bağlı alman texnologiyalarından, elektronika təhsili haqqında məlumat verməyimi rica etdi. Çünki özü bu sahəni Azərbaycanda inkişaf etdirmək istəyir. Digər müəllimlərin də bunu anlamasını, praktikanın, praktiki vərdişlərin, laboratoriya işlərinin daha çox vacib olmasını anlatmağa çalışır. Açığı, buna çox sevindim. Bu müəllim əslində, çox cavan deyil, onun yaşı hazırda 64-dür. Belə insanları çox sevirəm. 64 yaşlı bu “gənc”- onun ruhu daha gəncdir - alim-müəllim siz gənclər üçün nələr etmir?!  Allahdan ona can sağlığı arzu edirəm! Belə insanlar əvəzedilməz olurlar...”

Hazırda ailəsi ilə birgə Almaniyada yaşayan alim cəmiyyətin elektronika və bu kimi modern sahələrə olan münasibətini kiçik bir nümunə ilə belə müqayisə edir:

28829912_1661872227183564_1965470363_n.jpg

“Almaniyada hər şey orta məktəbdən başlayır. Xatırlayıram,  qızım 6-cı sinifdə oxuyarkən – fizika fənninin tədrisinə, girişinə yeni başlayırdılar - ev tapşırığı almışdı. Elə bir cihaz düzəltməli idi ki, məktəbdə - fizika kabinetində mahiyyətini sübut etmək üçün həm onunla ölçməli, həm də cihazın iş prinsipini yazılı və şifahi izah etməli idi. Qızım çox düşündü və nəzəri öyrəndiklərini həyata keçirmək üçün Almaniyada məşhur elektronik detallar, cihazlar satılan bir mağazaya getdik və lazım olan hər şeyi aldıq...

İnanın heç bir köməyim olmadı, sadəcə yol göstərdim. Hətta göstərdiyim yoldan daha mükəmməlini özü seçdi. Sonunda hər şeyi istədiyindən də yaxşı etdi. Nəticə isə "yaxşı" qiymətləndirilmişdi. Bunu Azərbaycanda 6-ci sinifdə oxuyan məktəbli deyil, universitetin sonuncu kursunda oxuyan bir tələbənin bacarması hal-hazırda sual altındadır”.

P.Əmiraslanov bu kimi vacib sahələrə münasibətin hər hansı cəmiyyətdə formalaşan təfəkkür tərzində görür. Almaniya və başqa ölkələrin bu istiqamətdəki uğurlarını qeyd edir. Amma… Sonda bu uğurların kökündə dahi bir azərbaycanlının - Lütfi Zadənin nəzəriyyəsinin dayandığını qeyd edir:

“Məlumdur ki, müəyyən problemlər var; laboratoriya yoxdur, filan... Amma, kreativlik üçün, düşüncə üçün nə laboratoriya gərəkdir, nə də pul-para! O zamanların alimlərinin dövründə də laboratoriyalar olmayıb...

Əvvəllər elektrotexnika çox vacib sahə olub və indi də belədir. Amma, son zamanların sürətli texnologiyaları ilə bəzi sahələrdə transferlər başladı. İndi elə kiçik həcmli cihazlar var ki, onlar vasitəsiylə çox çətin problemləri həll etmək olur. Misal üçün, Arduino, Raspberry Pİ kimi texnologiyaları göstərmək olar. Bütün bunlar üçün tək elektronika bilgisi kifayət etmir, bunun üçün heç riyaziyyat, fizika bilgisi də kifayət etməz! Buraya əsasən, istək, maraq, istedad, kreativlik və təbii ki, elektrotexnika, elektronika baza bilgiləri gərəkir. Əks halda,  heç nə alınmayacaq.

1.jpg

Hətta digər texniki sahələrdə də elektronika ciddi istifadə edilir və hazırda bu sahəsiz texnologiya olmur, yəni indiki əsrimiz elektronika əsri sayıla bilər. Bütün videosistemlər, sensor texnologiyaları, sensorfusion və s. hamısının yolu elektronikadan, proqramlaşdırmadan, idarəetmədən keçir. Mexatronika sahəsi də bildiyiniz kimi bir neçə sahəni özündə cəmləşdirir. Onu da nəzərinizə çatdırım ki, süni-intellekt sahəsində də çox geniş istifadə edilir.

Almaniyada olan KNESTEL, BEOS, SET, BOSCH, SİEMENS, BSH və s. kimi elektronika sahəsindəki  böyük şirkətlər və minlərcə SrartUplar, kiçik firmalar, laboratoriyalar gündən-günə inkişaf etməkdədir. Bəzən, nəyə rast gəlir Almaniya? Bir şagirdin StartUp ideyasına və onun beyninin məhsulu olan hər hansı bir elektronik çözümə görə böyük miqdarda maddi vəsait əldə edilir. Hətta bəzi xırda firmalar ona görə iflasa uğrayır... Yəni inkişaf çox sürətli və acımasızdır. Düşünürəm ki, bu sahədə Ali təhsil almaq istəyənlər, yaxud hal hazırda oxuyanlar nəticə çıxarsınlar və praktiki vərdiş, praktiki bilik nə dərəcədə vacib olduğunu anlasınlar”.

Elmin Nuri