Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-03-06 06:54:16
Rezidenturaya hazırlaşanların nəzərinə! Yeni vəsait çap olundu

Dövlət İmtahan Mərkəzi rezidenturaya hazırlaşanlara kömək məqsədi ilə “Terapevtik stomatologiya (Parodont və oral mukoza xəstəlikləri)” adlı vəsait nəşr edib.

AzEDU.az Dövlət İmtaha Mərkəzinə (DİM) istinadən xəbər verir ki, vəsait Azərbaycan Tibb Universitetinin terapevtik stomatologiya fənni üzrə tədris proqramı və DİM-in rezidenturaya qəbul imtahanı proqramı əsasında hazırlanmışdır. Vəsait tərtib olunarkən qəbul imtahanlarında namizədlərin çətinlik çəkdikləri konkret problemlərə daha çox diqqət yetirilmişdir. Vəsait rezidenturaya qəbul imtahanlarına hazırlaşanlar üçün nəzərdə tutulsa da, ondan həmçinin tibb təhsili müəssisələrinin tələbələri, eləcə də bu fənni tədris edən müəllimlər də istifadə edə bilərlər.

Kitabı aşağıdakı ünvanlarda yerləşən satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar:

  • DİM-in Bakı şəhəri, Nəsimi rayonu A.Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasındakı “Abituriyent” satış köşkü;
  • Azərbaycan Tibb Universitetinin 4 nömrəli (fiziki-kimya) korpusunda yerləşən kitab köşkü.