Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-18 12:21:00
Təhsil ekspertindən etiraz:  “İmtahanların bir dəfə keçirilməsinin tərəfdarıyam” 

“Məncə yüksək nətticə göstərənlərin sayı ikinci mərhələdə daha çox olacaq. Çünki birinci imtahanlarda 400-500 bal toplayanlar sırf ballarını qaldırmaq məqsədilə yay qəbul imtahanlarında iştirak edirlər”.

Bu sözləri AzEdu.az-a açıqlamasında təhsil mütəxəssisi Elçin Əfəndi deyib. O, yay qəbul imtahanlarının abituriyentlərdə birinci mərhələyə qarşı nə dərəcədə arxayınlıq yaratmasından danışıb:

“İlk imtahanda iştirak edən abituriyentlərin 20-30%-ində arxayınlıq yaranır. Bəzən onlar heç ikinci imtahana girmirlər. Amma onların 60%-i  yüksək bal toplamaq məqsədilə ikinci imtahanda iştirak edir, ballarını artırırlar.  Abituriyentlərin əksəriyyətində bu öz təsirini göstərir.

Məncə yüksək nətticə göstərənlərin sayı ikinci mərhələdə daha çox olacaq. Çünki birinci imtahanlarda 400-500 bal toplayanlar sırf ballarını qaldırmaq məqsədilə yay qəbul imtahanlarında iştirak edirlər. Arxayınlıq əsasən balı 500-dən yuxarı olanlarda müşahidə edilir”.

Onun sözlərinə görə, imtahanlatrın ikimərhələli təşkil olunması abituriyentləri psixoloji cəhətdən sarsıdır:

“Yay qəbul imtahanlarının keçirilməsi normaldır. Mən birinci mərhələ imtahanlarının tərəfdarı deyiləm. Bu, abituriyentləri psixoloji cəhətdən sarsıdır. Onlar arasında intihara meyl edənlərə də rast gəlinir. Buna görə də bir dəfə imtahan keçirilsə, daha yaxşı olar. Növbəti ildə qəbul imtahanlarının kurikulum sistemi ilə keçiriləcəyini nəzərə alsaq, imtahanların yenə ikimərhələli olacağını deyə bilərik. Amma açığı,mən  imtahanların bir dəfə keçirilməsinin tərəfdarıyam”.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları