Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-18 11:06:00
Müəllimlərin imtahanı zamanı problem yaşandı: “Havalandırma sistemi işləmədi”

Müəllimlərin işə qəbulu imtahanlarında texniki nasazlıq səbəbindən havalandırma sistemində problem yaranıb.

Bu barədə AzEdu.az-a Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitundan bildiriblər. Məlumatda qeyd olunub ki, qısa müddətdə texniki nasazlıq səbəbindən havalandırma sistemində problem yaransa da, imtahanın qüsursuz gedişatı təmin olunub. Hazırda texniki nasazlıq tam aradan qaldırılıb, test imtahanı üçün zəruri şərait yaradılıb.

Qeyd edək ki, iyulun 10-dan başlayaraq, elektron ərizəsi qəbul edilən namizədlərin şəxsi səhifələrinə müsabiqənin ikinci mərhələsinin – test imtahanının keçiriləcəyi tarix və yer barədə ətraflı məlumat göndərilib. İbtidai sinif üzrə 16-19 iyul, ingilis dili üzrə 19-20 iyul, alman dili üzrə 20 iyul, riyaziyyat üzrə 23-24 iyul, informatika və təsviri incəsənət üzrə 24 iyul, Azərbaycan dili və ədəbiyyat üzrə 25-26 iyul, rus dili, rus dili və ədəbiyyatı, Azərbaycan dili, fransız dili və musiqi üzrə 26 iyul, tarix və kimya üzrə 27 iyul, fizika və texnologiya üzrə 28 iyul, biologiya üzrə 30 iyul, fiziki tərbiyə üzrə 30-31 iyul, coğrafiya üzrə 31 iyul tarixlərində test imtahanları keçiriləcək.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları