Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-17 14:18:00
Təlim tərbiyə prosesində diferensallaşdırma və fərdi yanaşma PRİNSİPLƏRİ

 

Təhsildə keyfiyyəti artırmaq üçün fərdi yanaşmanın vacibliyi.

Şagird sosial toplumdur. Sosial varlıq olan şagird özündən daha geniş məhfum olan uşaq toplumunun içərisindən çıxır. Yəni hər bir uşaq şagird olmaya bilər, amma bütün şagirdlər uşaqdır. Riyazi dillə desək, şagird uşaq çoxluğunun alt çoxluğudur.

 Şagirdə yanaşma fərdi olmalıdır. Şagirdin məktəbə gələnə qədər bir həyatı olub və bu illərdə onun inkişaf etaplarının necə olduğunu, hansı travmaları almasını və paralel olaraq nə yaşadığını bilmirik. Keyfiyyat varsa, bu daha yaxşı yoxdursa...bunun səbəblərini araşdırmadan şagirdə kömək edə bilmərik.

100 - ə yaxın  şagirdlə apardığım araşdırmaya əsasən, keyfiyyətin olmaması üçün mümkün səbəblərin aşağıdakılar olduğunu düşünürəm: 

  1. Yaddaşın və ya intelektin zəif olması
  2. Fiziki sağlamlığın zəif olması ( tez yorulma, aşırı yuxuculluq və s)
  3. Baxımsızlıq( valideyn tərəfindən nəzarətin və ya qayğının zəif olması/heç olmamamsı)
  4. Ailədə savadsızlıq ( Suallara cavab verə bilməmək, az hallarda valideyinlərin latin qrafikalı əlifbanı tanımaması)
  5. Psixoloji gərginlik ( boşanma, valideyinlərdən birinin vəfatı və s) 

Bütün bu səbəblərin hər birinin özünəməxsusluğu və xırdalıqları var.

Müəllim psixologiya və uşaq inkişafı ilə sıx əlaqəli olmalı və vaxtaşırı biliklərini artırmalıdır. Uşaq inkişaf etaplarını bilməyən müəllim sözsüz ki, kömək etməkdə çətinlik çəkəcək. 

                                “ Uşaq İnkişafı” nədir?

BMT  “Uşaq Hüquqları üzrə Konvensiyası”nda 18 yaşa qədər hər kəs uşaq sayılır. Bu dövr uşaq inkişaf dövrü olaraq, çox mürəkkəb prossesdir və bu inkişaf insanın gələcək həyatının təməlinin əsasını təşkil edir.

Uşaq İnkişafı anlayışı 4 müxtəlif istiqaməti özündə əks etdirir.

  • Fiziki inkişaf və motorika – Hərəkət və hərəkətlər arasında koordinasiyasını əhatə edir.
  • İdraki inkişaf -- yaddaş, qərarvermə, məntiqi təfəkkür, riyazi bacarıqlar, həndəsi qurmalar və s nəzərdə tutur.
  • Sosial – emosional inkişaf - Qayğı göstərən şəxslər, yaşıdları və ətraf aləmlə uşaq arasındakı bağlılıq
  • Nitq inkişafı – İlk hecanı dedikdən, səlis, sərbəst danışana qədər olan prosses 

Uşaq inkişafı eyni zamanda 3 mərhələyə bölünür:

  1. Erkən uşaqlıq dövrü 0 – 6 yaş
  2. Orta uşaqlıq dövrü 6 -12 yaş
  3. Yeniyetməlik dövrü 12 – 18 yaş

   Hər bir müəllim Uşaq İnkişaf etaplarında hər dörd istiqamət üzrə uşağın normal davranış və inkişaf  ardıcıllığını bilməli və izləməlidir. Bu 4 istiqamətdən birində problem varsa, dərs keyfiyyətinə mütləq təsir edəcək və öyrənmə prossesini ləngidəcək.

Bunun qarşını almaq üçün şagirdi hərtərəfli öyrənmək və tətqiq etmək lazımdır.

 Mənim təklifim  maraqsız və ya uzun ola bilər, ama nəticəsiz olacağını düşünmürəm. Şagirdin təhsildə keyfiyyətini artırmaq üçün, onun ailədə dəyərini, yaşamını, ətrafını, sağlamlığını, düşüncə,  ideya və istəklərini öyrənməliyik.

  Bunun üçün “ Sosial iş prinsiplərindən” yararlanaraq, eyni zamanda  sadələşdirərək və təhsilə uyğunlaşdıraraq hazırladığım “5 addım” prinsipini sizə təqdim edirəm. 

  1. Genoqram

İlk dəfə Monika Mak Qoldrikin istifade etdiyi bu üsul ailə və ailə üzvləri arasında münasibətləri öyrənir. Bu genoqram dərin psixoloji faktorları öyrənmək üçün istifadə olunur. Genoqramın sadələşdirilmiş variantını təqdim edirəm.

  • Ata (kişi)
  • Ana  (qadın)
  • Uşaq
  • Normal münasibətlər
  • Qırılmış münasibətlər 

 Ziqzaq xətlə  problemli münasibətlər  göstərilir. 

Şagirdlərlə  30 dəq vaxt sərf edərək bu sualları cavablandırıb əlimiz altında saxlamalı və üzərində öz qeydlərimizi və addımlarımızı yazmalıyıq.

Zəif tərəflərin üzə çıxarılıb, aradan qaldırması keyfiyyət faizini yüksəldə bilər.

Digər tərəfdən genoqram vasitəsilə şagirdə ailənin dəstəyini öyrənə və kimin nece kömək edəcəyini aydınlaşdıra bilərik. 

  1. Ekoxəritə

   Şagirdin coğrafi ətrafını təyin edən xəritədir. Ekoxəritə vasitəsi ilə şagirdin əlaqədə olduğu yerlərin siyahısını tərtib edə, tanıya və araşdıra bilərik. Şagirdin ekoxəritəsi nə qədər zəngin və sağlamsa şagird bir o qədər zəngin dünyagörüşə malikdir. Ekoxəritə vasitəsi ilə biz şagirdin ətrafını araşdırıb kömək məqsədi ilə resurslar üzə çıxara bilərik. Məs: Şagirdin getdiyi dost ailənin uşağı ilə həmyaşıd olması ona dərslərində kömək ola bilməsi üçün əla fürsətdi. İki fərqli məktəbdə oxuyan şagird arasında yarışmalar təşkil etmək , şagirdləri təhsilə həvəsləndirmək gözəl olar.Və yaxud yaxında yaşayan əmi ailəsində yaşca yuxarı sinifin şagirdi olan əmioğlu varsa, təbii ki, əla resursdur. 

       Məktəb                                                                  Kitabxana                                                   

 

 Baba evi                            Şagird                   Digər qohumlar

 

 

İdman məktəbi                                                               Musiqi məktəbi          

 3.Uşağın qiymətləndirilməsi cədvəli

 Şagirdimizlə 10 dəq vaxt sərf edərək, sualları cavablandırmasını istəyirik və sualların cavablarını analiz edərək, ailə tablosunu yaradırıq. Uşağın ailədəki yerini və dəyərini təyin etdikdən və bildikdən sonra kömək etmək daha asan olacaq.

Sıra

si

Suallar

 

 

                   

 

              Qiymətləndirmə

Həmişə

Bəzən

Heç vaxt

1        

Valideyinlərin səninlə söhbət edirmi?

 

 

 

2        

Sənə geyim və ya əşya alınarkən, sənin istəklərin nəzərə alınırmı, seçim haqqın varmı?

 

 

 

3        

Valideyinlərlə gəzintiyə və ya qohum evinə, ad günlərinə və s gedirsənmi?

 

 

 

4        

Məktəb üçün lazım olan ləvazimatlar alınırmı?

 

 

 

5        

Xəstəlikdə sənə qulluq olunurmu?

 

 

 

6        

Valideyin dərs və təhsilin haqqında səni sorğu sual edirmi?

 

 

 

7        

Dostun üçün hədiyə almaq istəsən, sənə kömək edərlərmi?

 

 

 

8        

Yüksək qiymət aldıqda, sevincini evdə bildirisənmi?

 

 

 

9        

Valideyinlərin səni tərifləyirmi?

 

 

 

10   

Valideyinlərindən, ailəndən razısanmı?

 

 

 

 4.Fəaliyyət planı 

1 – aydan az 3 aydan çox vaxtı əhatə etməməlidir.

Problem

Həll yolu (yolları)

Vaxt

Nəticə

Şagirdin sağlamlıq problemi. Bu səbəbdən dərs buraxır.

1.MX ilə danışıb müayinəsinə nəzarət etmək.

2. Dərs gəlmədiyi günlərdə evinə getməklə və skayp, vatsap və s vasitələrlə dərs prosesini təmin etmək

davamlı

 

Şagird ailəsinin həyətyanı sahəsində kömək etdiyi üçün dərs oxumağa vaxtı olmur.

1.     Valideyinlə söhbət aparıb, uşaq istismarının qarşısını almaq.

2.     Dərsdən sonra digər uşaqlardan gec getməklə dərslərini müəllimin köməyi ilə etməsinə şərait yaratmaq.

1 ay

 

Şagird uzaqda yaşayır yağışlı havalarda gəlmir və ya gecikir.

1.     Yaxında yaşayan şagirdləri araşdırmaq, yuxarı sinif şagirdlərindən gələrkən həmin şagirdi də gətirmələrinə kömək etmək və yaxud maşınla gələn ailələrdən birindən kömək etməsini xahiş etmək.

1 həftə

 

 Fəaliyyət planı real və araşdırmaların nəticəsində hazırlanmalı, müəllimin və şagirdin imkanları nəzərə alınmalıdır. 

Bütün şagirdlərimizin fərdi yanaşmaya ehtiyacı olmadığı üçün ”5 addım”  yanaşmasını bütün şagirdlərə  tətbiq etməyə bilərik, fəaliiyət planındakı fərdi yanaşma prosesindən sonra 5 ci sonuncu addımı həyata keçirirsiniz.

  1. Müqayisə və qiymətləndirmə 

 Şagirdin meyarlar üzrə  keyfiyyət faizini fəaliyyət bitdikdən sonra olan

 keyfiyyət faizi ilə müqayisə edirik.

sıra

Meyarlar

Keyfiyyət yüksəlib

Keyfiyyət

azalıb

Dəyişməz qalıb

1        

 

Dərsə davamiyyəti

 

 

 

2        

Biliyi

 

 

 

3        

Oxumağa marağı

 

 

 

4        

Məsuliyyəti

 

 

 

5        

Səliqə və intizamı

 

 

 

6        

Əməkdaşlığı

 

 

 

7        

Dinləmə bacarığı

 

 

 

Əziz həmkarlar, inanıram ki, hər bir müəllim şagirdlərinin bilik və bacarıqlarının yüksək səviyyədə olmasını istəyir və buna çalışır.  Mən öz təcrübəmə dayanaraq demək istəyirəm ki, keyfiyyətli, savadlı şagirdlər yetişdirmək istəyiriksə, onları yaxından tanımalıyıq. Şəxsiyyətinə, həyatına, arzularına və resurslarına bələd olduğumuz şağirdlərlə işləmək asan olacaq və gözlədiyimizdən də asan olacaq.

Saatlı rayon Hacıqasımlı kənd tam orta məktəbin müəllimi

Qarayeva  Aynur   Cavid qızı

24 oktyabr 2017- ci il