Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-13 09:15:00
DİM icraçı vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün müsahibə elan edilib

Dövlət İmtahan Mərkəzi (DİM) mərkəzi icra hakimiyyəti və məhkəmə orqanlarında ümumilikdə 7 dövlət orqanı üzrə inzibati vəzifələrin 5-7-ci təsnifatlarına uyğun olan 56 vakant icraçı vəzifələrə (BA və BB vəzifə qrupları üzrə) dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsini elan edir.

DİM-dən AzEdu.az-a verilən məlumata görə, müsabiqənin müsahibə mərhələsi üzrə qeydiyyat bir ay – 12 avqust 2018-ci il tarixinədək davam edəcək.

Müsahibəyə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi 12 vakant vəzifə üzrə 12 yer, Şəki Apellyasiya Məhkəməsi 16 vakant vəzifə üzrə 16, İqtisadiyyat Nazirliyi 8 vakant vəzifə üzrə 8, Dövlət Xəzinədarlığı Agentliyi 1 vakant vəzifə üzrə 1, Nəsimi Rayon Məhkəməsi 7 vakant vəzifə üzrə 7, Nizami Rayon Məhkəməsi 11 vakant vəzifə üzrə 11, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsi 1 vakant vəzifə üzrə 1 yer təqdim edib.

Müsabiqəyə çıxarılmış 56 vakant inzibati vəzifədən 18-i BA, 38-i isə BB vəzifə qrupuna aiddir.