Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-12 16:52:00
Azərbaycanda işıqlar yenə söndü - RƏSMİ AÇIQLAMA

Azərbaycanda elektrik enerjisinin verilişində yenidən məhdudiyyət yaranıb. 

AzEdu.az xəbər verir ki, məsələ ilə bağlı “Azərenji”ASC-nin mətbuat xidmətnin rəhbəri Yəhya Bbanlı Modern.az-a açıqlama verib.

O bildirib ki, Ağsu rayonu Bico kəndi ərazisindən keçən yüksəkgərginlikli elektrik verilişi xətlərinin altında naməlum səbəbdən baş vermiş yanğın nəticəsində elektrik verilişi təminatında məhdudiyyətlər yaranıb: 

“Hazırda hadisənin başvermə səbəbləri araşdırılır. Elektrik enerjisinin bərpa olunması üçün intensiv iş aparılır”.