Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-12 16:00:00
Rezident olmaq istəyənlərin diqqətinə - Ən çox və ən az bu klinikalara yer ayrılıb  

2018-2019-cu tədris ili üçün rezidenturaya qəbul imtahanı üçün  ümumilikdə 332 yer ayrılıb. Onlardan 32-si Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsinin məzunları üçün nəzərdə tutulub. 49-a isə məqsədli qəbul aparılır. 

DİM-dən AzEdu.az-a verilən məlumata görə ən çox plan yeri ATU-nun klinikalarına,( 144) ən az plan yeri isə Gəncə şəhəri Abbas Səhhət adına 1 nömrəli şəhər xəstəxanasına verilib(10).

Tibb Universitetində ayrılan 144 plan yerindən 33-ü, Gəncə üçün ayrılan yerlərdən isə 8-i məqsədli qəbul üçün nəzərdə tutulub. Heydər Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna 73 yer verilib. Onlarda 8-ə məqsədli qəbul aparılır. Tibb Universitetinin hərbi tibb fakültəsinə 32, Milli Onkologiya Mərkəzinə 10, Mərkəzi klinikaya 25, Respublika Müalicəvi Diaqnostika Mərkəzinə 11, Naxçıvan Dövlət Universitetinə 27 plan yeri ayrılıb.

Qeyd edək ki, plan yerlərinin sayı keçən illə müqayisədə 36,3 % azalıb. İmtahanda iştirak edənlər isə keçənilkindən 9 nəfər çoxdur. Belə ki, ötən il 1065, bu il isə 1074 nəfər rezidenturaya qəbul imtahanı verib.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları