Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-10 15:50:00
“Microsoft” yeni planşetini təqdim etdi - FOTO  

“Microsoft” şirkəti yeni kompakt “Surface Pro” planşetini təqdim edib.

AzEdu.az-ın “The Verge” saytına istinadən verdiyi məlumata görə, 1800×1200 piksel həllə malik olan 10 düymlük displeyli planşet “Windows 10” əməliyyat sistemi ilə çalışır.

Altılıqla təchiz olunmuş yeni planşet “Microsoft”un istehsal etdiyi “Surface Pro” modelinin kiçik versiyasıdır.

Üst panel kamerası planşet sahibinin sifətini tanıya bilir. Planşetin satış qiyməti 400 dollardan başlayır. Baza modifikasiyası 4 GB operativ və 64 GB daxili yaddaşa malikdir. Planşetin 8 GB operativ, 128 GB daxili yaddaşa malik versiyası isə 550 dollara satılacaq.

Əlavə olaraq müştərilər 35 dollarlıq mobil maus və 100 dollarlıq stilus kimi aksessuarlar almalı olacaqlar. İlkin sifarişlər iyulun 10-dan başlayacaq.