Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-09 15:30:00
Bu ilin ikinci Günəş tutulması hadisəsi baş verəcək

Bu ilin ikinci Günəş tutulması (qismən tutulma) hadisəsi iyulun 13-də baş verəcək.

AzEdu.az xəbər verir ki, Bakı vaxtı ilə saat 05:48-də başlanacaq Günəş tutulması hadisəsi saat 08:13-də başa çatacaq. Tutulmanın davametmə müddəti 3 dəq. 29 san-dir.

Qeyd edək ki, bu təbiət hadisəsi Sakit və Hind okeanı hövzələrini, həmçinin Avstraliyanın cənub hissəsini və Antarktidanı əhatə edəcək. 

Növbəti tutulma avqustun 11-nə təsadüf edəcək.