Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-07 16:49:00
İlk insanabənzər robot beynalxalq sammitdə iştirak edəcək

Məşhur Sofiya adlı insanabənzər robot 17-19 iyul tarixində Tbilisidə keçiriləcək “Açıq hökumət tərəfdaşlığı” qlobal sammitində iştirak edəcək.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, robot qadın sammit çərçivəsində iyulun 18-də ictimai xidmətlər və innovasiyalar mövzusunda keçiriləcək sessiyada auditoriyaya təqdim olunacaq.

Beynəlxalq tədbirə dünyanın 70-dən çox ölkəsindən nümayəndələr qatılacaq.

Qeyd edək ki, qadın robot Sofiya 2015-ci ildə yaradılıb. 2017-ci ildə ona Səudiyyə Ərəbistanının vətəndaşlığı verilib. Sofiya vətəndaşlıq almış ilk robot kimi tarixə düşüb.