Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-05 12:04:00
NASA-nın Marsdakı “göz”ü yatdı – FOTO

NASA-nın Mars kəşfiyyat aparatı “Opportunity” ilə həftələrdir əlaqəsi kəsilib.

AzEdu.az xəbər verir ki, buna səbəb Marsı cənginə alan kəskin toz fırtınaları göstərilib.

Məlumata görə, bir neçə həftə keçməsinə baxmayaraq, Marsdakı aparatdan hələ də NASA-ya siqnal daxil olmayıb. Qırmızı planetin təxminən 25 faizində hökm sürən fırtına aparatın enerji ilə yüklənməsi üçün zəruri olan Günəş işığını görməsinə əngəl yaradıb.

NASA ekspertlərinin fikrincə, batareyalarını enerji ilə doldura bilməyən “Oppurtunity” “zəif enerji” rejiminə keçib. “Qış yuxusu” (hibernation) adı verilən bu rejimdə aparat günün əksər hissəsini “yuxu”da keçirir. Oyandıqda isə enerji vəziyyətini yoxlayır və batareyaları hələ də yüklənməyibsə, yenidən yuxu rejiminə qayıdır.