Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-03 10:00:00
Yerdəyişmədə müsbət cavab alan müəllimlərin nəzərinə! – Qeydiyyat üçün hansı sənədlər tələb olunur?  

Xəbər verdiyimiz kimi iyunun 4-dən start götürən müəllimlərin yerdəyişməsi iyunun 11-ə qədər davam edib. Müsabiqənin nəticələri isə artıq məlumdur. 

AzEdu.az xəbər verir ki, yerdəyişmədə iştirak edib müsbət cavab alan müəllimlər 14 sentyabr 2018-ci ilə qədər sənədlərini yeni iş yerlərinə təqdim etməlidirlər.

Yeni iş yerinə təqdim ediləcək sənədlərin siyahısını diqqətə çatdırırıq:

Diplom (əlavəsi ilə birlikdə);
Şəxsiyyət vəsiqəsi;

Əmək kitabçası;
Kadrların uçot vərəqi

Qeyd edək ki, müəllimlərin iş yeri diaqnostik qiymətləndirilmədə və ya işə qəbul üzrə müsabiqədə iştirak etdiyi ixtisas üzrə dəyişdirilib. 6 minə yaxın müəllim yerdəyişmə ilə bağlı müraciət edib. İlk peşə, orta ixtisas və ali təhsil müəssisələrindən, digər dövlət qurumlarının tabeliyindəki və özəl təhsil müəssisələrindən müəllimlərin iş yerinin Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə dəyişdirilməsi müəllimlərin işə qəbulu üzrə müsabiqə yolu ilə həyata keçirilib.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları