Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-27 17:30:00
Bakı Slavyan Universitetində “ERASMUS +” proqramı çərçivəsində növbəti seminar təşkil olunub

Bakı Slavyan Universitetində (BSU) təhsil alan doktorant və dissertantlar üçün Avropa İttifaqının “ERASMUS +” proqramının “PETRA” layihəsi çərçivəsində növbəti seminar keçirilib.

BSU-dan AzEdu.az-a bildirilib ki, “Tədqiqatın elmi metodları” mövzusunda təşkil olunan seminarı bu universitetin elmi işlər üzrə prorektoru, professor Rafiq Novruzov aparıb. O, bilik istehsalının əsas hərəkətverici qüvvəsi sayılan tədqiqat metodlarının dərindən öyrənilməsinin əhəmiyyətindən danışıb.

Doktorant və dissertantlar mövzu ilə bağlı çıxış ediblər.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.