Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-27 14:45:00
Valideynlərin nəzərinə - Bu saytlar uşaqlara kodlaşdırmanı pulsuz öyrədir 

Müasir dünyamızda texnologiya həyatımızı əhatə etdiyi üçün bu, bizim kariyera seçimimizə də güclü təsir göstərir. Məhz buna görə indi artıq əksər abituriyentlər ixtisas seçimi edərkən proqramlaşdırmaya üstünlük verirlər. Lakin ali məktəbdə oxuyarkən kodlaşdırmanı öyrənməyə başlamaq, mütəxəssislərin fikrincə, çox gecdir. Kodlaşdırma ilə bağlı ilkin, sadə biliklər uşaqlıqdan etibarən öyrədilməlidir.

AzEdu.az uşaqlara kodlaşdırma öyrənməyə kömək etmək üçün bir sıra pulsuz saytları təqdim edir:

Code.org - qeyri-kommersiya məqsədli internet saytıdır. Bu sayt kodlaşdırma dünyasına daxil olmaq istəyən uşaqlar üçün mükəmməl başlanğıc nöqtəsi hesab oluna bilər. Saytda paylaşılan çox sayda onlayn resurslardan yararlanmaq olduqca asandır. Sistem, demək olar ki, bütün dillərdə fəaliyyət göstərir. Eyni zamanda azərbaycan dili və türkçə də istifadəsi mümkündür.  

Code Combat - İnteraktiv oyun modelini istifadə etmək üçün hazırlanan, istifadəsi pulsuz olan Code Combat-da valideyn hesabı açaraq profil sahibi olmalısınız. Daha sonra isə profiliniz vasitəsilə kodlaşdırmaya dair bilgilər əldə edə bilərsiniz.  Qeyd edək ki, sayt ingilis dilindədir.

CodeacademyBu proqram uşaqlara kodlaşdırma bilgilərini ötürərkən oyun və əyləncədən də yan keçmir. O, ilkin məlumatları uşaqlara oyunlar vasitəsilə çatdırır. Sayt ingilis dilindədir.  

Code MonsterBir-biri ilə əlaqəli iki ekrandan ibarət olan saytda bir ekrana yazılan kodun digər ekranda nəyi bildirdiyi, nə etdiyi açıq aydın göstərilir. Sayt ingilis dilindədir.  

Stencyl -  İstifadəçilərə iOS, Android, Flash, Windows, Linux və Mac sistemləri üçün sadə oyun yaratmağa imkan verir. Qeyd edək ki, sayt ingilis dilindədir.