Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-27 14:16:00
“Made in Azerbaijan” tələbə laboratoriyası layihəsi yekunlaşıb  

27.06.18 tarixində Azərbayan Milli Elmlər Akademiyası Yüksək Texnologiyalar Parkı, "GR Group" və "Azmarketing" şirkətlərinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Made in Azerbaijan” tələbə laboratoriyası layihəsinin yekun mərhələsi baş tutub. 

AzEdu.az xəbər verir ki, layihə rəhbəri Günel Rüstəmova bildirib ki, layihə14.01.18 tarixində 150 tələbənin iştirak etdiyi müsabiqə yolu ilə seçilib. 

Layihənin əsas məqsədi seçilən 10 nəfər tələbəyə (2-si region-Gəncə Dövlət Universiteti tələbəsidir, 8-i Bakı şəhəri (Dövlət Neft və Sənaye Akademiyası, Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti ) olmaqla marketinq araşdırmaları, ölkə məhsullarının ixrac potensialının araşdırılması, araşdırılan məhsulların ixrac olunan məhsullar üzrə siyahılandırılması və bu bilgilərlə tələbələrin maarifləndirilməsi istiqamətində silsilə seminarlar, görüşlər həyata keçirilib. 

Layihə Çərçivəsində Vergilər Nazirliyinin tabeliyində olan “Bir Pəncərə İxraca Dəstək Mərkəzinə, İqtisadiyyat Nazirliyinin tabeliyində olan AZPROMO-ya info-tur təşkil olunub. Habelə növbəti aylarda Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə və bir sıra Agentlik və şirkətlərə info turların davamı planlaşdırılır. 

Qeyd edək ki, Pilot layihə kimi nəzərdə tutlan laboratoriya,tələbələrin marağına səbəb olduğuna görə  növbəti illərdə də keçirilməsi planlaşdırılmaqdadır.

Layihənin uğurlu tərəfi isə tələbələrin öz  təşəbbüsü ilə bir sıra ölkələrdən məhsul təklifi olub.