Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-24 12:50:00
Azərbaycanlı şagirdlərdin beynəlxalq olimpiadalardakı uğurları – Ən çox hansı fəndən medal qazanılıb?

 

2016-2017-ci tədris ilində Azərbaycan məktəbliləri Fizika, Kimya, Biologiya, Riyaziyyat və İnformatika fənləri üzrə müxtəlif Beynalxalq fənn olimpiadalarında iştirak ediblər.

AzEdu.az xəbər verir ki, Təhsil Nazirliyinin illik hesabatında Tailand, Braziliya, İngiltərə, Makedoniya, Bolqarıstan, İndoneziya, Rusiya Federasiyası və digər ölkələrdə keçirilən olimpiadalarda şagirdlərimizin göstərdiyi nailiyyətlər öz əksini tapıb.

Məktəblilər 2016-2017-ci tədris ilində  beynalxalq fənn olimpiadalarında 2 qızıl, 6 gümüş və 30 bürünc medal olmaqla, ümumilikdə, 38 medal və 5 həvəsləndirici sertifikata layiq görülüblər.

Tailandda keçirilən 49-cu Beynalxalq Kimya Olimpiadasında azərbaycanlı şagirdlər 1 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıblar. Beləliklə, onlar 78 ölkə arasında ümumi hesabda 15-ci olublar.

Məktəblilər Braziliyada keçirilən 58-ci Beynalxalq Riyaziyyat Olimpiadasında  4 bürünc medala,  2 həvəsləndirici sertifikata və 11 ölkə arasında 42-ci yerə layiq görülüblər. Rusiyada keçirilən II Beynalxalq Megopolislər Olimpiadasında isə 1 qızıl, və 4 bürünc medalla 42 ölkə arasında III yerə çıxıblar.

Bolqarıstanda təşkil olunan  Avropa Gənclər İnformatika Olimpiadasında Azəbaycan məktəbliləri bürünc medal qazanaraq ölkəni layiqincə təmsil ediblər.

2013-2017-ci illər ərzində şagirdlərimizin iştirak etdikləri Beynalxalq fənn olimpiadalarında 3 qızıl, 21 gümüş və 85 bürünc olmaqla, ümumilikdə 109 medalla mükafatlandırılıblar. Azərbaycan məktəbliləri 1994-cü ildən beynalxalq olimpiadalarda cəmi 314 medal (28- i qızıl, 80-i gümüş və 206-sı bürünc) qazanıblar.

Ən çox medal Yeniyetmələrin Balkan Riyaziyyat Olimpiadasında qazanılıb. Şagirdlərin ən az medal qazandıqları bilik yarışması isə Yeniyetmələrin Avropa İnformatika Olimpidasıdır.

 

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları