Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-21 11:35:54
Memarlıq və İnşaat Universitetini adı beynəlxalq reytinq sistemlərinə daxil edilib

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) bu il 4-cü dəfə U-Multirank beynəlxalq reytinq sisteminə daxil olub. 

Universitetdən AzEdu.az-a verilən məlumata görə, U-Multirank Avropa Birliyi tərəfindən yaradılan ən böyük beynəlxalq reytinq sistemidir. Artıq 5-ci ildir ki, U-Multirank dünya universitetlərini müxtəlif parametrlər üzrə qiymətləndirir. Universitetlər “A” (çox yaxşı) “E” (qeyri-kafi) kateqoriyalar üzrə ekspertlər tərəfindən dəyərləndirilir. AzMİU bu il 6 göstərici üzrə yüksək nəticə əldə edərək “B” kateqoriyasını alıb. Universitet ilk dəfə olaraq bu reytinqə 2015-ci ildə daxil olub. Bu il 95 ölkədən 1614 universitet yüksək nəticələr əldə etməklə bu bazaya daxil olmaq imkanı əldə edib. Universitetlər bu bazaya daxil olmaqla, tələbələrə, başqa universitetlərə, müəssisələrə həmin universitet haqqında daha geniş informasiya əldə etmək imkanı verir. 

AzMİU eyni zamanda Rusiyanın “RUR Agency” tərəfindən 2010-cu ildən bu günə qədər hər il nəşr olunan Round University Ranking (RUR Ranking) beynəlxalq reytinq sistemində ikinci dəfə yer alıb. Azərbaycan universitetləri arasında AzMİU  beynəlxalq RUR ranking sisteminə daxil olan yeganə universitetdir. Reytinqin əsas məqsədi ali təhsilə marağı olanları (abituriyentlər, tələbələr, akademik və elmi işçilər) cəlb etməkdir. Harvard, Oksford, Kembric kimi nüfuzlu universitetlər reytinqdə ön sıralarda yer alır. “RUR Ranking” 6 bölmə üzrə - humanitar, texniki, təbiət, sosial, bioloji və tibb elmləri üzrə hazırlanır. AzMİU bu il texniki elmlər üzrə 582-ci yerdə qərarlaşıb.