Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-21 09:59:54
Azərbaycanda bu sahədə cəmi iki mütəxəssis var” – Antropoloq AMEA prezidentini təsdiqlədi  

“Antropologiya elə bir ixtisasdır ki, onu kabinet arxasında öyrənmək mümkün deyil”

Bu sözləri AzEdu.az-a açıqlamasında antropoloq alim Kərəm Məmmədov deyib. O bu elm sahəsi ilə  1987-ci ildə tanış olduğunu vurğulayıb:

“Həmin ildə Azərbaycan SSRİ Təhsil Nazirliyinin xəttiylə tələbə mübadiləsi proqramı var idi. Proqrama uyğun olaraq, Azərbaycan Dövlət Universitetindən Leninqrad Dövlət Universitetinə göndərildik. Düzü, o vaxt dəbdə  Partiya tarixi ixtisası olsa da, mən və Asif  Bayramov nədənsə antropologiyanı seçdik. Belə demək mümkünsə,  Azərbaycanda hazırda bu sahə üzrə ixtisaslaşan elə biz ikimizik”.

Kərəm Məmmədov qeyd edib ki, antropologiya əvvəlcə psixologiya fakültəsində tədris olunub:

“Ondan sonra bu fənn tarix fakültəsində keçirildi. Hazırda 5-ci ildir ki, tarix fakültəsində ayrıca antropologiya ixtisası fəaliyyət göstərir. Milli Elmlər Akademiyasına gələndə isə bu artıq bizim günahımız deyil. Məni ora dəvət etdilər və bir semestr uşaqlarla məşğul oldum. Antropologiya elə bir ixtisasdır ki, onu kabinet arxasında öyrənmək mümkün deyil. Mənim bir tələbəm olub, hansı ki, bu adama bir semestr dərs demişəm.  Bu dərslərdə də ona antropologiyanın praktiki yox, nəzəri tərəflərini izah etmişəm. Bir semestr dərslə də antropoloq olmaq mükün deyil”.

Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə Real Tv-yə açıqlaması zamanı AMEA-nın son illərdə antropoloq yetişdirə bilmədiyini qeyd edib.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları