Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-20 12:50:00
“Bu ali məktəblərimizin beynəlxalq reytinqdə irəli olması realdır, Xəzər Universiteti isə…”- Professordan fərqli yanaşma  

Böyük Britaniyanın “Quacquarelli Symonds” (QS)  Universitetlərin Reytinq Agentliyi Avropa və Asiya üzrə ali təhsil müəssisələrinin 2018-ci il üçün reytinqini müəyyənləşdirib. 

Reytinq siyahısında Bakı Dövlət Universiteti Azərbaycan universitetləri arasında birinci, dünya universitetləri arasında isə 95-ci yeri tutur. Ümumilikdə, Azərbaycanın 6 ali təhsil müəssisəsi 300 ən yaxşı ali məktəb sırasında qərarlaşıb: (Bakı Dövlət Universiteti (95), Xəzər Universiteti (100), Azərbaycan Dövlət İqtisad Universiteti (161-170), Azərbaycan Dövlət Memarlıq və İnşaat Universiteti (171-180), Azərbaycan Dillər Universiteti (171-180), Bakı Slavyan Universiteti (201-250)

“Özəl universitetlərdən də Xəzər universitetinin fəaliyyəti olduqca təqdirəlayiqdir. Amma o, nə dərəcədə BDU və ya ADNSU ilə müqayisə oluna bilər, onu deyə bilmərəm...”

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı kimya elmləri doktoru, professor Məhəmməd Babanlı deyib. O, qeyd edib ki, BDU-nun göstəriciləri digər Azərbaycan universitetlərindəkindən üstündür:

“Açığı o biri universitetləri çox da şərh edə bilmərəm, amma Bakı Dövlət Universitetinin göstəriciləri kifayət qədər yaxşıdır. Fikir söyləmək çətindir, çünki  QS-in tam olaraq nələri əsas götürdüyünü araşdırmamışam. Ama daxili universitetlərə əsasən, BDU, ADNSU ən yaxşı göstəricilərə malik universitetlərimizdir.

Özəllərdən də Xəzər Universitetinin fəaliyyəti təqdirəlayiqdir. Amma nə dərəcədə o, BDU və ya ADNSU ilə müqayisə oluna bilər, onu deyə bilmərəm... Çünki Xəzər Universiteti bu sadaladığım ali məktəblərlə müqayisədə nisbətən kiçik təşkilatdır. 300 universitet arasında Bakı Dövlət Universitetinin 95-ci yerdə olması yanaşmadan asılı olaraq təbii ki, realdır”.