Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-19 13:31:37
Bu gün bütün dünyanı idarə edən babil nizami və riyazi kəşflər– Gizli elm

“Allahın qapısı” mənasını daşıyan Babil şəhər-dövləti eradan əvvəlki mədəniyyətlərin və elmin inkişafı üçün əsl qapı rolunu oynayıb. Yarım milyona qədər əhalisi olan şəhər-dövlətin sakinləri əsasən ticarət və kənd təsərrüfatı ilə məşğul olsa da özləri də bilmədən XXI əsrə qədər gəlib çıxan və hazırda dünyanı zaman, məkan, ölçü-hüdud kateqoriyası halında idarə edən  bəzi elmi üsulların əsasını qoyublar. Təsəvvür edin... Hazırda XXI əsrin 16-cı ilidir. Amma dünya elmi elitası e.ə. II minillikdə mövcud olan Babil mədəniyyətinin cızdığı sərhədlərdən zərrə qədər çıxmağa cəhd etsə (hələ cəhd etsə) dünyanın, yaşamın bütün nizamı pozular...

AzEdu.az kainat ahəngini yaradan həmin nizamlar və elmi sirlərdən bəhs edəcək:

60 rəqəminin kəşfi və zamanın idarə formulu

Dəclə və Fərat çayının arasında  mövcud olan və Qədim Şərq sivilizasiyasının əsasını qoyan Babil ərazisindən keçən ticarət karvanları, həmçinin torpaqların bərəkətli olması, buranı iqtisadi cəhətdən yaxşı inkişaf etdirdi. Şərq ticarətinin mərkəzi sayılan Babildə hesablamanı asanlaşdırmaq üçün xüsusi say sisteminin əsası qoyuldu. Bu onluq say sistemi idi və istər kənd təsərrüfatı, istərsə də ticarət işlərində hesablamanı xeyli yüngülləşdirirdi. Sistemin mərkəzində isə 60 rəqəmi gəlirdi. Çünki bundan əvvəl babillilər 1-dən 59-a qədər xüsusi işarələr sistemini hazırlamışdılar. Onlar üçün əsas hesab isə bu sistemin son rəqəmindən-59-dan sonra gələcək işarə idi. Nəhayət, 60 rəqəmini də sistemə daxil edib hesablamanı onunla başladılar. Bazarda istənilən çəki və ölçü arasındakı fərq 60-a bərabər idi. Məsələn, Babil pulları manax, manadan, mana isə şəkərdən 60 rəqəmi ilə fərqlənirdi. Amma babillilər üçün 60 ilkin rəqəm, yəni bizim bildiyimiz 1 demək idi. Ona görə də onlar hər şeyi 60 aralığında dəyərləndirdilər. Zaman vahidlərini də 60 vasitəsilə fərqləndirdilər ki, bu gün də dünya həmin sistemdən istifadə edir. Bir dəqiqə 60 saniyəyə, bir saat isə 60 dəqiqəyə bölünür. Təsəvvür edək ki, bugünkü sivilizasiya yalnız bir dəqiqənin 60 deyil, 59 saniyə olmasına qərar versə onda bütün Yer üzərində böhran, nizamsızlıq yarana bilər. Odur ki, bu gün də dünyanı qədim Babil mədəniyyəti dolayısı yolla idarə edir. 

Bu da hələ son deyil. 60-dan istifadə edilərək yaradılan başqa bir nizam havidi isə açıq bucağın 360 dərəcəyə malik olmasıdır. Qədim Babillilər ölçmə zamanı əsas rəqəmləri olan 60 və 6 sistemindən istifadə edərək onların hasilini tam bucaq vahidi kimi götürüblər. Həmçinin indi də istifadə etdiyimiz bir dərəcənin 60 dəqiqəyə bərabər olması da qədim Babil mədəniyyətinin təzahürüdür.

Bu günü idarə edən digər riyazi kəşflər

Babil kahinləri düzbucaqlı üçbucaqların xüsusiyyətlərindən istifadə edərək, planimetri məsələləri həll edirdilər. Beləliklə onlar Pifaqor teoremini yunanlardan bir neçə əsr öncə həll etmişdilər. Stereometriya sahəsində isə onlar kəsik piramidanın həcmini ölçə bilmişdirlər.Bundan başqa, Babildə həndəsə elmi yaranıb. Onlar bu gün də riyaziyyatda işlənilən köklərdən də istifadə edirdilər.

Bundan başqa, onlar xəstəlikləri sistemləşdirmiş və onları müalicə edən dərmanları da qələmə alıblar.

Bu gün yəqin ki hamının bir-birilərindən soruşduğu ilkin suallardan biri hansı bürcə mənsub olmaladır. Amma bunu mütləq qeyd edək ki, qoroskopu təşkil edən 12 bürcü də babillər astronomik cədvəl qurmaqla hasilə gətiriblər. Özü də bugünkü bürc adlarını həmin 12 bürcə qoyublar. Bu gün dünyanın hər yerində məsələn, martın 20-dən aprelin 20-nə qədər olan aralıqda doğulan  insanlar qoç, aprelin 20-dən mayın 20-nə aid insanlar isə buğa bürcünə mənsubdur. Bu da Babil hökmünün XXI əsrdəki əsas təzahürlərindən biridir.

Dünya zaman və ölçü baxımından istəsə də belə həmin mədəniyyətin əsarətindən çıxa bilmir. Babillər bu gün də dünyanı idarə edir.