Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-03-01 06:26:47
Mikayıl Cabbarov Azərbaycan təhsili üçün nə etdi? - Ən vacib dəyişikliklər

Mikayıl Cabbarov 2013-cü ilin 19 aprelindən 2017-ci ilin 5 dekabrına qədər Azərbaycan Respublikasının təhsil naziri kimi fəaliyyət göstərib.

Təhsil naziri kimi çalışdığı müddət ərzində kifayət qədər vacib addımlar atıb, qərarlar qəbul edib və dəyişikliklər həyata keçirib. 

AzEDU Mikayıl Cabbarovun dördillik fəaliyyətində Azərbaycan təhsilinə gətirdiyi ən yaddaqalan yenilikləri təqdim edir:

- Müəllimlərin Diaqnostik Qiymətləndirilməsi;

Məqsədi:

  1. Müəllimlərin bilik və  bacarıq  səviyyəsinin  test  üsulu  ilə  müəyyənləşdirib  üzə çıxarılması;
  2. Bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin həftəlik dərs yükü normasının optimallaşdırılmasının,  aylıq  vəzifə maaşlarının  artırılmasının  və  maddi rifahının yaxşılaşdırılmasının təmin edilməsi;
  3. Nəticələrdən asılı olaraq müəllimlərin inkişafyönümlü təlimlərə cəlb edilməsi;

-Təhsildə bütün vəzifələrə işə qəbulun müsabiqə əsasında aparılması;

-Müəllimlərin işə qəbulunun və yerdəyişməsinin müsabiqə əsasında həyata keçirilməsi;

-Məktəb direktorlarının seçiminin müsabiqə əsasında aparılması;

o_1b77pchlm1hculfk9g31bul1k93i.JPG

-Olimpiada Hazırlıq Mərkəzlərinin yaradılması;

Məqsədi:

Aşağı sinif şagirdləri arasından istedadlı şagirdlərin aşkar edilməsi, şagirdlərdə fənlərin dərindən öyrənilməsinə marağın artırılması, istedadı və hazırlğı ilə seçilən şagirdlərin öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə şəraitin yaradılması, beynəlxalq fənn olimpiadalarında iştirak edəcək namizəd şagirdlərin müəyyən edilməsi

-İlk Peşə-İxtisas Təhsili üzrə Dövlət Agentliyinin yaradılması;

Agentlik Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” 20 aprel 2016-cı il tarixli 869 nömrəli  Fərmanına əsasən Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə yaradılıb və həmin Agentliyin Əsasnaməsi təsdiq olunub.

Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi  ilk peşə-ixtisas təhsili sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin edən və əlaqələndirən, Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyindəki ilk peşə-ixtisas təhsili müəssisələrinin fəaliyyətini təşkil edən icra hakimiyyəti orqanıdır.

- Tələbə Kredit Fondunun yaradılması;

“Maarifçi" Tələbə Kredit Fondu Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşəbbüsü ilə Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələri tərəfindən təsis edilib. Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 14.10.2015 - ci il tarixində qeyri-hökumət təşkilatı kimi dövlət qeydiyyatına alınıb.

maarifchi_telebe_kredit_fondu_290916.jpg

Fondun missiyası:

“Maarifçi Tələbə Kredit” Fondu tələbələr üçün yaradılmış fonddur. Fondun missiyası aztəminatlı ailələrdən olan tələbələrə kreditlərin verilməsi vasitəsi ilə onlara ali təhsil almaqda bərabər imkanların yaradılmasıdır.

- Məktəbəqədər Hazırlıq Qruplarının dövlət hesabına təşkili;

- Tələbələrin yerdəyişməsi və köçürülməsinin elektron sistem əsasında həyata keçirilməsi;

Məqsədi:

Tələbə köçürülməsində şəffaflığın, rahatlığın və sadələşmiş prosedurun yaradılmasıdır. İndi tələbə rahat şəkildə bir universitetdən digərinə və ya bir ixtisasdan başqasına köçürülmək istəyirsə, bunun üçün sadəcə, elektron şəkildə məlumatlarını daxil edərək istəyini reallaşdıra bilər.

Əsas hədəf müraciət edənlə məmur arasında birbaşa ünsiyyət olmadan məsələnin həllini tapmasıdır.

- 2015-ci ilin dekabrında alimlərin xüsusi imkanların yaradılması ilə bağlı Təhsil Nazirliyi ilə “ThomsonReuters” arasında müqavilə imzalanması;

Təhsil Nazirliyinin “Thomson Reuters” şirkətinin elmi tədqiqatlar və intellektual mülkiyyət üzrə şöbəsi ilə imzaladığı müqaviləyə əsasən, Azərbaycanın 40 ali təhsil müəssisəsi dünyada məşhur elmi istinad indeksi olan “Thomson Reuters Web of Science” platformasına çıxış əldə etmək imkanı qazanıb. Bununla yanaşı, AMEA-nın alimləri də bu platformadan istifadə edirlər. Həmin bazaya çıxış beynəlxalq elmi dairələrdə tanınmaq və qlobal universitet reytinqlərində yüksəlmək imkanı verir.

mikayil1_117.jpg

Dünyanın ən tanınmış elmi-analitik informasiya təminatçısı olan “ThomsonReuters” şirkəti ilə əməkdaşlıq rəqabətəqabil insan kapitalının hazırlanması siyasətinə əsaslanır və ölkənin inkişaf konsepsiyasına dəstək göstərilməsi məqsədi daşıyır.

- Bir neçə özəl məktəbin fəaliyyətinin dayandırılması (Təfəkkür Universiteti, Bakı Asiya Universiteti), bəzilərinin birləşdirilməsi (Qafqaz Universitetinin Azərbaycan Mühəndislik Universitetinə);

- Məktəblərdə İş dəftərlərinin istifadəsində məcburiliyin aradan qaldırılması;

- Birinci sinfə və Məktəbəhazırlıq Qruplarına elektron qəbulun tətbiqi;

- Məktəblərdə müasir hərbi kabinetlərin yaradılması;

- Şagirdlərin mütaliə vərdişlərinin artırılması istiqamətində davamlı layihələr;

- SABAH qruplarının yaradılması;

- Startap layihələrinin həyata keçirilməsi üçün dəstək verilməsi, ümumi təhsil və ali məktəblərdə bunun üçün şəraitin yaradılması;

- Şagird və tələbələrin könüllülük proqramlarına qoşulması;

- Məktəbli və tələbələrin idman nailiyyətləri (yerli və beynəlxalq);

Qeyd edək ki, M.Cabbarov Prezident İlham Əliyevin 5 dekabr 2017-ci ild tarixli sərəncamı ilə vergilər naziri vəzifəsinə təyin edilib.

Nəzrin Rüstəmova