Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-19 10:48:00
ABŞ və Kanadada oxumaq istəyənlərə vacib tövsiyələr – Qeydiyyat forması, imtahan qiymətləri, müraciət şərtləri

Amerika Birləşmiş Ştatlarında 12 illik orta təhsil pilləsini başa vuran şagirdlər 2 illik və ya 4 illik kolleclərə, eləcə də universitetlərə daxil ola bilərlər. 2 illik kolleclər icma kollecləri kimi tanınır. Bu kolleclərə daxil olmaq istəyən şagirdlər əsasən oxu, yazı və riyaziyyat fənləri üzrə test imtahanı verirlər.

2 illik kolleclərə qəbul imtahanları təhsil müəssisələrinin özləri tərəfindən aparılır. Tələbələrə təhsillərini başa vurduqdan sonra sertifikat və ya diplom verilir. 2 illik kollecləri bitirən abituriyentlər 4 illik kolleclərə və ya universitetlərə daxil olmaq üçün əlavə test imtahanı verməlidirlər. 

ABŞ-da ali təhsil müəssisələrinə qəbul olmaq istəyən şəxslərdən orta məktəb nailiyyətləri haqqında sənəd (GPA), müəllimlərin zəmanəti, inşa yazı işi ilə yanaşı, SAT (təhsilin qiymətləndirilməsi testi), SAT FənnTestləri və ya ACT (Amerika kollec testi) imtahanının nəticələri tələb olunur. 

American CollegeTesting (ACT), ABŞ və Kanada ali məktəblərinə qəbul olunmaq istəyənlərin keçməli olduğu testdir. ACT imtahanının nəticələri bütün 4 illik kolleclər və Amerika universitetləri tərəfindən qəbul edilir.

ACT imtahanına universitetə müraciət etməzdən ən az iki ay əvvəl girməlisiniz. Çünki imtahan nəticələri təxminən 2-8 həftə sonra açıqlanır. Məhz bu səbəbdən iki ay öncə imtahan vermək ideal seçimdir.

İmtahana qeydiyyat prosesi…

Əcnəbi ölkələrdən bu imtahan qatılmaq istəyənlər mütləq şəkildə onlayn qeydiyyatdan keçməlidirlər.

Onlayn müraciət üçün;

Act.org saytında pulsuz hesab yaradılır.

İmtahan tarixi və imtahanın növü seçilir.

İmtahan məntəqəsi seçilir.

Hesaba profil şəkli yüklənir.

İmtahana girmək üçün heç bir yaş məhdudiyyəti yoxdur. Lakin imtahanda, ümumiyyətlə,  12 dəfədən artıq iştirak etmək olmaz.

İmtahan qiymətləri…

ABŞ vətəndaşları üçün : $ 42.50 və ya $ 58.50

Beynəlxalq qeydiyyat üçün əlavə ödəniş: $ 41

Online qeydiyyat zamanı ödənişlər kredit kartı ilə edilməlidir.

ACT imtahan tarixləri…

ACT, ABŞ xaric olmaqla, bütün ölkələrdə, adətən, sentyabr, oktyabr, noyabr, aprel və iyun ayları daxil 5 dəfə keçirilir.

İmtahana girərkən giriş sənədi, şəxsiyyət vəsiqəsi, 2 diyircəkli qələm və pozan, eyni zamanda kalkulyator götürməlisiniz.

ACT, ingilis dili, riyaziyyat, oxu, yazı hissələrindən ibarətdir. Ümumilikdə 215 sualdan ibarət olan imtahan 2 saat 55 dəqiqə davam edir. Əgər əlavə olaraq  esse yazmaq üçün də qeydiyyatdan keçmisizsə, imtahana ayrılan vaxt uzanaraq 3 saat 30 dəqiqə olur.