Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-18 12:47:00
Gələcəkdə bütün insanları birləşdirən sehirli dil -  Robotlar da bu cür danışır

 

Pedoqoqlara görə, informasiya texnologiyaları, süni intellektin əsas göstəricilərindən sayılan kodlaşdırma “gələcəyin dili” statusunu qazanacaq.

Onun gələcəkdə insanlar üçün hətta istənilən əcnəbi dildən belə önəmli ola biləcəyi təxmin edilir.

AzEdu.az  xarici mediaya istinadən xəbər verir ki, Türkiyənin Təhsil Nazirliyi yeni tədris planına kodlaşdırma dilini əlavə edib. Son vaxtlar Türkiyə məktəblərində robot və kodlaşdırma dili ilə bağlı müsabiqələr də keçirilir.  Qazi Universiteti kompüter elmləri fakültəsinin əməkdaşı Selcuq Özdemirin fikrincə, bunun səbəbi kodlaşdırmanın gələcək dil olmasıdır.

Bəs, kodlaşdırma nədir və onu neçə yaşından öyrənmək mümkündür? Kodlaşdırma - kompüter və başqa İT  cihazlarında  müxtəlif proseslərin həyata keçirilməsi üçün verilən əmrlər sistemidir.  Kodlaşdırma  vasitəsilə yeni texnologiyalar yaradaraq, investisiyalar əldə etmək olar.

Yaxın gələcəkdə bu sahə orta məktəblərlə yanaşı, universitetdə daha ətraflı tədris olunacaq.   Artıq 15 ildir, yeni öyrənmə platformaları, elektronik və robotik əşyalar sayəsində artıq  ibtidai sinifdən etibarən öyrədilə bilir. Bu, uşaqlara alqoritmik düşünmə qabiliyyəti qazandırır.

 Bu gün yaşı 25-dən yuxarı olan insanlar üçün ingiliscə bilmək əsas bacarıq hesab olunursa,  orta məktəb şagirdləri üçün proqraşdırma dilləri, kodlaşdırma ən azı o qədər əsasdır. Hətta kəşf edilən yeni cihazlar nəticəsində gələcəkdə gənclərin əcnəbi dil öyrənmək kimi problemləri olmaya bilər.

 

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları