Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-16 15:59:00
Son illərin uğurlu təhsil proqramı – Universitetlərin xüsusi qaydaları

MBA (Master of Business Administration) - BiznesİnzibatçılığıMagistrıdeməkdir.

MBA post diplom təhsil proqramıdır. Bu proqram orta və yuxarı dərəcəli menecerlərin hazırlanmasına yönəldilib. Ümumi olaraq, təhsil müddəti ortalama 2-3 il olur. Azərbaycanda MBA təhsili verən universitetlər: UNEC, ADNSU, ATU, ADA, Qərb Universiteti, Xəzər Universiteti, BMU,  Aqrar Universitet, Azərbaycan Universiteti, Odlar Yurdu Universiteti, Bakı Biznes Universiteti və Bakı Ali Neft Məktəbidir.

AzEdu.az Azərbaycanda MBA tədris edən bir neçə universitet haqda məlumatı təqdim edir:

Azərbaycan Dövlət İqtisad Universiteti

Bu universitetdə MBA proqramı Moskva Dövlət İqtisad, Statistika və İnformatika Universiteti ilə «Biznesin təşkili və idarə edilməsi üzrə magistrların hazırlanması, professor-müəllim heyətinin və inzibati işçilərin təkmilləşdirilməsi» sahəsində bağlanmış müqavilə əsasında 2001-ci ilin dekabrında yaradılıb. MBA proqramının tədris planları Kaliforniya Universiteti və  Çikaqo Biznes Məktəbində olan tədris planlarına çox yaxındır. Mühazirələri əsasən Universitetin xarici ölkələrdə iş təcrübəsi olan müəllimləri, digər universitetlərin tanınmış professorları, eləcə də xarici ölkələrdən dəvət olunmuş professorlar aparır. Tədris rus və azərbaycan sektorlarına birgə, rus, azərbaycan və ingilis dillərində aparılır.

Xəzər Universiteti

Universitetin MBA (Master of Business Administration) proqramı üzrə magistraturasına, hansı ixtisası bitirməsindən asılı olmayaraq, ali təhsil haqqında diplomu olan bütün şəxslər sənəd verə bilərlər.

Xəzər Universitetində bu proqramın üstünlüyü odur ki, bu ixtisaslar yüksək kvalifikasiyalı, xaricdə təhsil almış müəllimlər tərəfindən tədris olunur. MBA proqramında dərslər, adətən, ingilis dilində aparılır. Tələbələrin arzusunu nəzərə alaraq dərslərin şənbə, bazar, digər günlər isə axşamlar təşkil edilməsi mümkündür. Dərslər əksər vaxtlarda18:00-da keçirilir. Təhsil haqqı tələbələrin götürdüyü kreditlərin sayına uyğun, müqavilə əsasında ödənilir. Bir kredit üçün ödəniş 100 AZN-dir.

“Azərbaycan” Universiteti

Azərbaycan və rus bölməsi birgə, tədris ingilis dilindədir. “Azərbaycan” Universiteti (AU) Corciya Dövlət Universiteti (CDU, Atlanta, ABŞ) və Qafqaz Universitetinin (QU, Tbilisi, Gürcüstan) birgə Biznes İnzibatçılığı üzrə dual magistratura (MBA) proqramı. Təhsi lyalnız ödənişli əsaslarladır.

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti

Azərbaycan və rus bölməsində təhsil birgə təşkil olunur. "Biznesinm İdarəolunması üzrə Magistrların hazırlanması və professor-müəllim heyətinin təkmilləşdirilməsi” üzrə ABŞ-ın Corciya Dövlət Universiteti ilə ADNA-nın birgə MBA proqramı üzrə, tədris ingilis dilində aparılır. (Təhsil yalnız ödənişli əsaslarladır)

“Odlar Yurdu” Universiteti

İllik təhsil haqqının məbləği 3000 manatdan çox olmamaqla, kreditlərin sayına uyğun, müqavilə əsasında təyin olunur. MBA-nın tədrisi bu universitetdə Azərbaycan və rus bölməsində birgə aparılır. Magistratura üzrə – MBA proqramında Lincoln Universiteti ilə Odlar Yurdu Universitetinin birgə hazırladığı tədris planı əsasında həyata keçirilir. Bütün dərsləri Lincoln Universiteti ilə Odlar Yurdu Universiteti tərəfindən seçilmiş yerli və xarici müəllimlər tədris edir. Proqramı müvəffəqiyyətlə bitirən tələbələrə yuxarıda göstərilən ixtisaslar üzrə ABŞ Lincoln universitetinin sertifikatı verilir.