Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-16 11:45:00
Şahmat magistratura pilləsində tədris ediləcək

“Türkiyədə orta məktəb və bakalavr pilləsində tədris olunan şahmat, magistratura proqramına da daxil ediləcək”

AzEdu.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədəTürkiyə Şahmat Federasiyasının prezidenti Gülkız Tulay məlumat verib. Onun sözlərinə görə, ölkədə 860 mindən çox şahmatçı var:

“Şahmatın magistratura səviyyəsində tədris olunması üçün uzun müddətdir, çalışırıq. Bu bizim üçün bir sıra yeni imkanlar yaradacaq. Gələcəyin şahmat mütəxəssislərini yetişdirə biləcəyik. Tədrisi vacib edən səbəb isə ölkə daxilindəki şahmatçılarımızın magistratura təhsili üçün xarici ölkələrə üz tutmalarıdır”.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları