XƏBƏRLƏR

16.06.2018 09:57
Tələbələrin diqqətinə-Türkcə biliyinizi yoxlamaq üçün imtahan

Yunus Əmrə İnstitutu tərəfindən türk dili sertifikatı almaq istəyənlər üçün TYS(Türkçe Yeterlik Sınavı) imtahanı keçirilir. Bəs TYS imtahanı nədir və  imtahandan keçib sertifikatı aldıqda nəyə lazım olur?

AzEdu.az TYS haqqında yazını təqdim edir:

Bu imtahan 4 mərhələdən ibarətdir: oxu, dinləmə, yazma və danışıq. Bu mərhələlərdən uğurla keçənlərə Türkcə Attestasiya Sənədi verilir.

TYS imtahanı iki hissədə keçirilir. Birinci hissədə namizədlərin oxuma, yazma və dinləmə bacarıqları, ikincidə isə türkcə danışıq qabiliyyəti yoxlanılır. Oxuma 60, dinləmə 45, yazma 60 olmaqla cəmi 165 dəqiqədən ibarətdir. İkinci hissə müstəqil nitq 5, qarşılıqlı danışma 10 olmaqla 15 dəqiqədir. İmtahanın ümumi müddəti isə 180 dəqiqədir.

İmtahanda hər bir mərhələdən  ən azı 50 faiz (12,5 bal) toplamaqla bütövlükdə 55-70 arası nəticə göstərənlərə B2, 71-88 arası toplayanlara C1, 89-100 arasında isə C2 svəyyəsində TYS sənədi verilir.

Türkcə Attestasiya Sənədi ilə Türkiyədə yerləşən universitetlərdə bakalavr, magistratura və doktorantura proqramlarında təhsil almaq üçün türkcə hazırlıq siniflərindən azad olursunuz.

Xarici dil olaraq türk dilini öyrənənlər, Türkiyədəki universitetlərə müraciət edib və qəbul üçün türkcə dil qabiliyyəti tələb olunanlar, xaricdə müxtəlif qurumlarda işləmək istəyən, həmçinin türkcədən dərs demək istəyən müəllim namizədlər TYS imtahanına girə bilərlər.

Türkcə Attestasiya İmtahanı üçün Ankarada yerləşən Yunis Əmrə İnstitutu və ya Bakıdakına müraciət edərək qeydiyyatdan keçə bilərsiniz.

TYS yanvar, may və sentyabr aylarında hər il üç dəfə keçirilir. Ancaq tələblərin çox olması səbəbilə sınaq sayı artırıla bilər. Bu imtahan  Yunus Əmrə İnstitutu, Yunus Əmrə Mədəniyyət Mərkəzləri və İnstitutun əməkdaşlıq etdiyi qurum və təşkilatlarda aparılır.

İmtahan nəticələri isə 15 gün içərisində açıqlanır. TYS sənədini itirən namizəd bir dəfə yenisini çıxartmağı tələb edə bilər. Ancaq bu halda bütün xərcləri ödəməlidir.

İmtahanın qiymətləri isə ölkələrə görə dəyişir

ÜLKELER TYS ÜCRETLERİ

 Yaponiya -210 $

 Hollandiya -160 $

 Fransa - 160 $

 Belçika -160 $

 Almaniya -160 $

 İngiltərə -150 $

 Polşa -120 $

 Rumıniya -120 $

 Macarıstan -120 $

 İran -200 $

 Cənubi Afrika -150 $

 İndoneziya -150 $

 Mərakeş -140 $

 Livan -140 $

 Misir -130 $

 İordaniya 130 $

 Azərbaycan -130 $

 Qazaxıstan -130 $

 Gürcüstan -100 $

 Tatarıstan -100 $

 Albaniya -75 $

 Bosniya və Herseqovina -75 $

 Kosovo -75 $

 Makedoniya -75 $

 Türkiye -250 Tl

 Şimali Kipr - 250 Tl

İlin gənc müəllimi-Müraciət formu