Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-02-28 22:16:20
Elmi müəssisə və təşkilatlarda çalışanların da maaşı artdı – SƏRƏNCAM

Prezident İlham Əliyev dövlət büdcəsindən maliyyələşdirilən elmi müəssisə və təşkilatlarda çalışan işçilərin əməkhaqlarının artırılması haqqında sərəncam imzalayıb.

AzEDU saytının məlumatına görə, sərəncamda deyilir ki, dövlət büdcəsindən maliyyələşdirilən elmi müəssisə və təşkilatlarda çalışan işçilərin sosial müdafiəsini daha da gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədilə dövlət büdcəsindən maliyyələşdirilən elmi müəssisə və təşkilatlarda çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə (tarif) maaşları 2018-ci il martın 1-dən orta hesabla 10 faiz artırılsın.

Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll edəcək.