Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-02-28 22:14:52
Prezident təhsil işçilərinin maaşını artırdı

Prezident İlham Əliyev təhsil müəssisələrində çalışan işçilərin əməkhaqlarını artırıb.

AzEDU xəbər verir ki,  ölkə başçısının bununla bağlı imzaladığı sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, təhsil müəssisələrində çalışan işçilərin sosial müdafiəsini daha da gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədi ilə qərara alıram:

  1. Dövlət büdcəsindən maliyyələşdirilən təhsil müəssisələrində (ali təhsil müəssisələri istisna olmaqla) çalışan işçilərin aylıq vəzifə maaşları 2018-ci il martın 1-dən orta hesabla 10 faiz artırılsın.
  2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin".