Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-15 10:17:05
İspaniyada doktorantura təhsili almaq istəyənlərin DİQQƏTİNƏ – Həm asandır, həm də çətin…

Hətta təhsilinin ən yüksək inkişaf dövrü yaşayan ölkələrində də insanlar bəzən xaricdə təhsil almaq istəyirlər.

Azərbaycanda da xarici ölkələrdə təhsil almaq istəyənlər çoxdur. Kimisi, ABŞ, kimisi Avropa ölkələri, kimisi Çin və digər yerlərdə təhsil almağı hədəf seçib.

Bu şansdan yararlanmaq üçün AzEdu.az xarici ölkələrdə təhsil almaq və ya təhsilini davam etdirmək istəyənlərə məlumatları verməkdə davam edir. Bu dəfə Avropa ölkəsi olan İspaniyada doktorantura təhsili almaq istəyənlər üçün şərtləri təqdim edirik.

İspaniyada doktorantura üzrə təhsil almaq istəyənlər qeydiyyat müddəti, qəbul şərtləri, təqaüd imkanları və tədqiqat mövzusunu diqqətlə araşdırmalıdır.

Bununla yanaşı universitetə seçilmək üçün namizədin ixtisaslaşma və araşdırma mövzusunun uyğun olmasını təmin etmək lazımdır. İspaniyada da doktorantura təhsilinin sonunda araşdırılan elmi iş eynən Azərbaycanda olduğu kimi münsiflər qarşısında müdafiə olunur.

İspaniyada doktorantura üçün iki növ qəbul mövcuddur:

Birincisi şərtsiz qəbuldur. Bu o deməkdir ki, namizədlərin həm akademik, həm də ingilis dili biliyi tələblərə uyğun gəlsin.

İkincisi isə şərtli qəbuldur. Bu, namizədin akademik və ya ingilis dili bilikləri tələblərə cavab vermədikcə tətbiq olunur.

İspaniyadakı PHD proqramlarına qəbul üçün tələb olunan sənədlər aşağıdakılardır:

Bakalavr və Magistratura transkriptləri;

İngilis dili sertifikatı (IELTS: 6,5 TOEFL: 230) ;

Ən azı 3 akademik referans;

Dərc olunmuş elmi məqalələr;

Tədqiqat mövzusu ilə əlaqəli layihə forması.