XƏBƏRLƏR

14.06.2018 17:41
Məktəbdə uşaqlara atılıb-düşmək və təpik atmaq qadağan edildi - MARAQLI

Kanadanın  Ontario  əyalətində  yerləşən  orta məktəbdə, 2017-2018 tədris ili üçün nəşr edilən “Qaydalar”a  bir sıra əlavələr edilib.

AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, əlavəyə görə, məktəb həyətində uşaqların  təpiy atması, atılıb-düşməsi qadağan edilib. 

Məktəbin direktoru M.T. Davidson bu qaydanın  tətbiqinin heç  bir ciddi səbəbə dayanmadığını, lakin ehtiyat üçün əlavə edildiyini qeyd edib.

Onun sözlərinə görə,  bu tip hərəkətlər beyin zədələrinə, boyun və bilək ağrılarına səbəb ola bilər.

Kanadada  uşaqların  Perende  atmalarını qadağan edən başqa bir məktəbin olub-olmadığı bilinmir, ancaq İngiltərə və Avstraliyadakı bəzi məktəblər  bu hərəkətə icazə vermir.

Qeyd edək ki, bir müddət əvvəl başına zərbə ilə top dəyən bir valideynin beyin qanaması keçirməsindən sonra Torontoda bir məktəbdə - həyətdə, binada, məktəbətrafında  top oynamasının qadağan edilməsi xəbəri geniş müzakirə olunmuşdu. Amerikadakı bir neçə məktəbdə də futbol, beysbol və xokkey toplarının istifadəsi qadağandır.