Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-02-28 22:10:57
Bu universitetin 2000 nəfərlik yataqxana kompleksi salınacaq

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Nəsimi rayonu ərazisində yerləşən köhnə və sökülmüş yataqxanaların yerində 1000 nəfərlik tutumu olan yeni və müasir standartlara cavab verən yataqxana binası inşa olunur.

Universitetin mətbuat xidmətindən AzEDU-ya verilən məlumata görə, yataqxananın inşası Təhsil Nazirliyinin ümumi rəhbərliyi altında həyata keçirilir. Həmin yataqxananın tikintisinin 2018/2019-cu tədris ilinin əvvəlinə qədər başa çatdırılması gözlənilir.

Bununla yanaşı, Təhsil Nazirliyinin rəhbərliyi ilə Asiya İnkişaf Bankıyla 1 ilə yaxındır, ciddi danışıqlar aparılır və artıq müqavilə imzalamaq üçün bir neçə addımlar atılıb. Müqavilə çərçivəsində 2000 nəfərlik yataqxana kompleksinin inşası planlaşdırılır.

Nəzrin Cavid