XƏBƏRLƏR

14.06.2018 12:50
Ara mahnıların, standart “ssenari”nin öldürdüyü  “Son zəng” tədbirləri – “Vəziyyət hamısında demək olar, eynidir”  

Xəbər verdiyimiz kimi bu gün Azərbaycanda 2017/2018-ci dərs ili başa çatır və bütün ümumi təhsil müəssisələrində “Son zəng” çalınmaqdadır. 

“Son zəng” tədbir ənənəsi SSRİ qurularkən – 1920-ci ildə yaranıb. O vaxtdan bu günə qədər tədbirlərdə müxtəlif əyləncə metodlarından istifadə olunub. Hazırda təhsil naziri Ceyhun Bayramovun “Son zəng” tədbiri haqqında imzaladığı əmrə əsasən, tədbir hər bir təhsil müəssisəsinin ərazisində təşkil olunmalıdır. Mütəxəssislərin fikrincə, hər il məktəblərdə keçirilən tədbirlər standart,  müəyyən sujet xətti olmadan və pərankəndə şəkildə təşkil olunur.  Bəzi tədbirlərdə şagirdlərin yaş kateqoriyasına uyğun olmayan, ara mahnılar, ifalar da səsləndirilir. Məzunların bu “musiqilər”in sədaları altındakı rəqsini izləmək isə arzuolunmaz mənzərədir.

Mövzuyla bağlı AzEdu.az-a danışan ədəbi tənqidçi Əsəd Cahangir bildirib ki, sovet dövründə məktəblərdə yığıncaqlar təşkil olunurdu ki, bu da xüsusi süjet xətti, yaradıcılıq yönü ilə fərqlənirdi:

“O vaxt yığıncaqda orta məktəb şagirdləri və birinci siniflər iştirak edirdilər. Birinci sinif şagirdləri X sinif şagirdlərinə gül, X sinif şagirdləri isə onlara hədiyyə bağışlayardı. Əgər kənd yeridirsə, sinif yoldaşlarından birinin evində və ya müəllimlərdən birinin həyətində gözəl məclis qurulurdu, yeyib-içir və deyib-gülürdülər. Bunla da məsələ yekunlaşırdı.  Fikrimcə, indiki “Son zəng” tədbirləri daha təntənəli olur. Müəyyən qonaqlar dəvət olunur, şagirdlər şəhərin həyətində gəzməyə çıxırlar. Bir neçə dəfə Bakının bir neçə rayonunda  “Son Zəng” tədbirlərində çıxışlar etmişəm və bunun şahidi olmuşam.  Ancaq bu tədbirlərin demək olar ki, hər biri standart olur. Bu artıq ənənəyə çevrilib. Ənənəni yeniləşdirmək üçün isə yenilikçi düşüncə lazımdır. Yəni, bu o qədər sadə məsələ deyil”.

Gənc rejissor Mirsahib Ağazadənin sözlərinə görə, XI-lərin tədbirləri keçmişdə daha fərqli formada keçirilirdi:

“Sovet dönəmində bir ənənə var idi. Səhərə qədər dənizkənarı parkda valideynlər və şagirdlər gəzib-dolaşırdılar. Xatırlayıram, bu barədə valideynlərim həmişə danışardı.  Hazırda   tədbirlərin tərkibinin hansı formatda olması məktəblərin daxili məsələsidir. Bu səbəbdən xüsusi bir şey demək çətindir. Amma standartlıq təbii ki özünü göstərir”.

Nəzrin Rüstəmova Müəllifin digər yazıları

  • Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, ev 104. mənzil 03.
  • +994 12 465-95-74
  • +994 55 329-48-78
  • +994 55 329-48-78
  • info@azedu.az