XƏBƏRLƏR

14.06.2018 12:35
Dövlət qulluğuna müsahibələrin keçirilmə qrafiki müəyyən edildi    

Dövlət İmtahan Mərkəzi tərəfindən vakant inzibati vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün 2 və 3 may 2018-ci il tarixlərində elan edilmiş müsabiqə üzrə müsahibələrdə qeydə alınmış namizədlərlə müsahibələrin keçirilmə qrafiki müəyyən edilib.

Bu barədə Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a məlumat verilib. 

Bildirilib ki, namizədlərlə müsahibələrin Dövlət İmtahan Mərkəzinin Bakı şəhərində yerləşən inzibati binalarında keçirilməsi nəzərdə tutulur. Müsahibələr Maliyyə Nazirliyi, Səhiyyə Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Tarif (qiymət) Şurasının Katibliyi və məhkəmə orqanlarında olan vakant vəzifələr üzrə keçiriləcək.

 

Müsahibələrin 25 iyun 2018-ci il tarixində başlanılması və 6 iyul 2018-ci il tarixinədək davam etməsi nəzərdə tutulur. Müsabiqəyə çıxarılan vəzifələr arasında daha çox rəqabət Əmlak Məsələləri Dövlət Komitəsinin Hərracların Təşkili üzrə Auksion Mərkəzi, Bələdiyyə torpaqlarının hərraclarının təşkili şöbəsində aparıcı məsləhətçi (1 vakant yer üzrə 52), Hərracların Təşkili üzrə Auksion Mərkəzi, 1 saylı zona bölməsində aparıcı məsləhətçi (1 vakant yer üzrə 31), Daxili nəzarət şöbəsində məsləhətçi (1 vakant yer üzrə 22) vəzifələri üzrə müşahidə edilir. Təqdim etdiyimiz məlumatlardan göründüyü kimi ən yüksək müsabiqə vəziyyəti Əmlak Məsələləri Dövlət Komitəsi ( 20 vakant vəzifə üzrə 268 müraciət) və Nəsimi Rayon Məhkəməsi (4 vakant yer üzrə 16 müraciət) üzrə müşahidə edilib.

2 və 3 may 2018-ci il tarixlərində elan edilmiş müsabiqələr üzrə qeydə alınmış namizədlərlə müsahibələrin keçirilmə qrafikinə dair ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

  • Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, ev 104. mənzil 03.
  • +994 12 465-95-74
  • +994 55 329-48-78
  • +994 55 329-48-78
  • info@azedu.az