Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-14 12:22:00
“Bağçalarımız diqqətdən kənardadır və orada kişi tərbiyəçilər yoxdu” – Ekspertdən çıxış yolları  

“Dünyada kişi və ya qadın tərbiyəçilərinə  fərq qoyulmur, amma bizdə isə kişi tərbiyəçisi yoxdur”.

Bu sözləri  AzEdu.az açıqlamasında təhsil eksperti  Etibar Əliyev  deyib.

“Dünyada və Azərbaycanda  bağçalara tərbiyəçilər çox fərqli   şəkildə seçilib. Məsələn: Yaponiyada   bağçalarda  tərbiyəçilərin böyük qismi kişilər olur.  Yaponiya təhsil sistemi çox inkişaf etmiş təhsil sistemidir. Məktəbəqədər təhsilin bu inkişafda çox böyük rolu var. Bizdə isə məktəbəqədər təhsilə tərbiyəçi müəllimlərin böyük hissəsi kollec bitirənlərdilər.  Bu isə o deməkdir ki, onlara pedaqogika, psixologiya,   eyni zamanda,  tərbiyəçi hazırlığı üçün bir sıra fənlər kollec səviyyəsində  keçirilib. Çox az qismi   alitəhsilli tərbiyəçi müəllimlərdir. Buna görə də təhsilin bu pilləsinə önəm verilməli, yəni ali məktəblərdə məktəbəqədər təhsil ixtisasına qəbul planı çoxalmalıdır və tədrisin keyfiyyətinə diqqət yetirilməlidir”.

Onun  sözlərinə görə   dünya  ilə müqayisədə bizdə  məktəbəqədər təhsil səviyyəsi çox aşağıdır. Bu elə məhz özünü tərbiyəçi müəllimlərin keyfiyyətində, bağçaların   maddi texniki bazasında, eyni zamanda, tədris resurslarında göstərir: 

“Bağçalar diqqətdən kənarda  qalmasaydılar, onu yerli icra hakimiyyətlərinə tabeçiliyini verməzdilər. Yəni diqqətdənkənar  təhsilin bir  pilləsidir və Təhsil Nazirliyinin tabeçiliyində deyil. Yerli icra hakimiyyəti orqanları isə    təhsilin bu mühüm, faydalı pilləsini inkişaf etdirmək gücü yoxdur. Dünyada kişi və ya qadın tərbiyəçilərinə fərq qoyulmur, amma bizdə isə kişi tərbiyəçisi yoxdur.”

Günel Yaşarqızı